1-İmam Sadiq (ə) buyurdu: Bir kəs “İnna ənzəlnahu fi ləylətil qədr” surəsini ucadan avazla oxusa, Allah yolunda qılınc vurmuş kəs kimi olar. Əgər bir kəs onu yavaş oxusa, Allah yolunda öz qanına bulaşmış mücahid kimi olar. Bir kəs bu surəni on dəfə oxusa, Allah onun əməl dəftərindən min günahını silər.
İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacib namazlarının birində “İnna ənzəlna” surəsini oxusa, haqq munadi nida edərək deyər ki, ey mənim bəndəm Allah sənin keçmiş günahlarını bağışladı, əməlini yenidən başla.
Ruzinin çoxalması üçün hər gün sübh namazından sonra on dəfə İnna ənzəlna surəsini oxusa, Allahın qüdrətini müşahidə edər. (Minhacul-arifin).
Hər kəs bu surəni oxusa, elə bilki, mübarək ramazan ayının hamısını oruc tutmuş və Qədr gecələrini də əhya saxlamışdır.
Hər kim bu surəni evə daxil və evdən xaric olan zaman oxusa, Şeytan ondan uşaqlaşıb, ona zərər yetirə bilməz.
Hər kim bu surəni əzbərləsə və onu daim oxusa, elə bil ki, bütün elmləri əzbər etmişdir.
Hər kəs bu surəni sübh namazından sonra, günorta vaxtı, və əsr namazından sonra, on dəfə oxusa, əməlləri yazan mələklərdən minini otuz ilə qədər zəhmətə salar.
Hər kimi dan yeri söküləndə (günəş çıxmamış) yeddi dəfə Qədr surəsini oxusa, y etmiş sıra mələklər onayetmiş salavat göndərər və yetmiş dəfə ona rəhm edərlər.
Allah-taala min mələyi xəlq edər ki, otuz altı min il bu surəni oxuyana savab yazsınlar. Əgər belə etsə; yəni gündə yetmiş altı dəfə bu surəni oxusun. Sübh namazından qabaq yeddi dəfə, sübh namazından sonra, on dəfə günorta vaxtı nafilə namazlarını qılmazdan əvvəl on dəfə, Zöhr namazının nafilələrini qılandan sonra iyirmi dəfə, əsr namazından sonra yeddi dəfə, İşa namazından sonra yeddi dəfə və yatan zaman on bir dəfə oxusun.
Hər bir mömin şəxs dəstəmaz alanda bu surəni oxusa, günahları silinər anadan təzə doğulduğu gün kimi olar.
Yatan zaman Qədr surəsini on bir dəfə oxusa, Allah-taala on bir mələyi onu sübhə qədər Şeytanın şərrindən qorumaq üçün göndərər.
Hər hansı hacətin qəbul olunmasına xatir hər gün bu surəni üç yüz altımış dəfə oxusa, hər bir hacəti qəbul olar. Bu surəni deyilən qədər oxusan, fəqirliyi, ehtiyaclılığı aradan qaldırmaq, və rizq-ruzinin çoxalması, qüdrətli olmaq üçün təcrübə olunmuşdur.
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this