Mübarək Ramazan ayının Qədr gecəsinin əhyaları yaxınlaşmaqdadır. Bu gecələrdə edilən dualar qəbul olar. Bəs bu mübarək gecələrdə Allahdan nə istəyək?
Bunun ən yaxşı yolu – Məsumların (ə) etdiyi dualara nəzər salmaqdır. Onlar Allahdan nə istəmiş və nə arzu etmişdilər?
Dünya və axirət ehtiyaclarını Allaha tapşırmaq. İmam Həsən Müctəba (ə) dua edən zaman əvvəl Allaha həmd və səna edər və sonra Peyğəmbərə (s) və onun ailəsinə salavat göndərərdi. İlk növbədə duasında Allahdan bağışlanmağını istəyir. Bütün qüdrətlərin Allaha məxsus oladuğunu söyləyərdi. Sonra yenə Peyğəmbərə (s) və ailəsinə salavat göndərir və buyurur: “Ey o kəs ki, bütün qaçanlar Ona tərəf gələr və vahiməyə düşənlər Onunla ünsiyyət bağlayarlar! Muhəmməd (s) və alisinə (ə) salavat göndər. Mənimlə ünsiyyət qur. Pərvərdigara! Günahlarıma görə tövbə edirəm. Pisliklərimə görə Səndən üzr istəyirəm. Səndən başqa heç bir qüdrət və qüvvə yoxdur. Allahın salamı olsun Muhəmmədə (s) və alisinə (ə). Sən dünyanın Pərvərdigarısan! Bizim dünya və axirət ehtiyaclarımızı afiyətlə yerinə yetir”.
Xeyir aqibət istəmək. Din alimlərini nəzərinə görə, ən yaxşı dua – Allahdan aqibətinin xeyirli olmasını istəməkdir. Allahdan istəyəsən ki, bu dünyadan gedən zaman imanlı gedəsən. Quranda oxuyuruq: “Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbir endir və bizi müsəlman olaraq öldür». (“Əraf” 26).
İmam Həsən Müctəba (ə) Allahdan həmişə aqibətinin xeyir olmasını istəyir və buyururdu: “Allahım! Ömrümün son anlarını həyatımın ən yaxşı saatları qərar ver, ən yaxşı günüm Qiyamət günü Səninlə görüşdüyüm gün olsun”.
Sehrbazlar Həzrət Musaya (ə) iman gətirən zaman Allahdan istəyirlər ki, onları bu dünyadan müsəlman olaraq aparsın.
Bu mübarək gecələrdə ilk növbədə Allahdan bağışlanmağımızı istəyək. Səhvlərimizi və xatalarımızı boynumuza alaq və bir daha günah etməməyə çalışacağımızı Allaha bildirək. Allahdan bunun üçün güc, qüvvə və təqva istəyək. Bizləri salehlərin siyahısına yazmasını istəyək, kafirlərin deyil. Aqibətimizin xeyirli olmasını istəyək və qiyamət günü üzü gülənlərdən və əməl dəftərini sağ əlinə verənlərdən qərar versin bizləri. Məsumların (ə) elmindən istəyək. Onlar kimi yaşayıb, onların rəftar və əxlaqına malik olmağımızı istəyək. Məsumlar (ə) kimi ibadət etməyi istəyək. Ağanın zühurunun tezləşməsini istəyək və İmam Zamana (ə) can sağlığı arzu edək. Halal ruzi, can sağlığı, şəfa istəyək. Bizləri hər cür bəladan qorumasını arzu edək.

İftar duası.
İmam Həsən (ə) buyurur: “Hər bir oruc tutanın iftar zamanı yerinə yetən duası olar. Hər kim iftar zamanı birinci tikəsini yeyən zaman desə: “Bismilləhir-Rahmənir-Rahim! Ya Vasiyəl-məğfirəti iğfirli” bağışlanmış olar”.

(Tebyan/ Deyerler.org)


more post like this