islamic mənbələri

    1. home

    2. article

    3. Qəddarlıq

    Qəddarlıq

    Qəddarlıq
    Rate this post

     

    320.Qəddarlığın pislənilməsi qəddarların sifəti

    1036.Allahın Peyğəmbəri (s):«La ilahə illəllah» deməkdən boyun qaçıran hər kəs haqqa qarşı çıxan qəddardır.»[1]

    1037.Allahın Peyğəmbəri (s):«Qiyamətdə qəddarlar və təkəbbürlülər məhşərə qarışqa şəklində gələcəklər və Allah yanında xar, dəyərsiz olduqları üçün camaat onları tapdayıb əzəcək.»[2]

    1038.İmam Əli (ə):«Zorba təbiətli adamın əməli pak və öyünməli deyil.»[3]

    1039.İmam Əli (ə):«Mənimlə zorba adamlarla danışılan kimi danışmayın və məndən tez əsəbləşən hakimlərdən çəkinilən kimi çəkinməyin. Mənimlə süni rəftar etməyin.»[4]

    1040.İmam Sadiq (ə):«Qiyamət günü Allaha ən uzaq insanlar qəddarlar olacaq.»[5]

     

    321.Qəddarların aqibətlərinin pis olması

    1041.İmam Əli (ə):«Kim qəddarlıq etsə sındırılar.»[6]

    1042.İmam Əli (ə):«Kim qəddarlıq etsə Allah onu xar edib alçaldar.»[7]

    1043.İmam Əli (ə):«Allahın bəndələrinə qarşı qəddarlıqdan çəkin. Çünki, Allah qəddarlıq yolunu tutan hər kəsi sındırar.»[8]

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     

     

     



    [1] ət-Tovhid, səh.22, hədis 9

    [2] Tənbihul-Xəvatir, c.1, səh.199

    [3] Ğurərul-Hikəm, hədis 10587

    [4] Nəhcül-Bəlağə, xütbə 216

    [5] Vəsailuş-Şiə, c.11, səh.304, hədis 7

    [6] Ğurərul-Hikəm, hədis 7697

    [7] Ğurərul-Hikəm, hədis 8471

    [8] Ğurərul-Hikəm, hədis 2695