1491. Qəbr.

5132. Allahın Peyğəmbəri (s): «Qəbr axirətin ilk mənzilidir. Kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq.»[1]

5133. Allahın Peyğəmbəri (s): «Axirətin ədalətinin ilk mərhələsi məşhur və ya adsız-sansız, tanınmayan qəbrlərdir.»[2]

5134. Allahın Peyğəmbəri (s): «Elə bir mənzərə görmədim ki, qəbrdən daha qorxulu olsun.»[3]

5135. İmam Əli (ə): «Qəbirstanlıqla qonşu ol ki, ibrət alasan.»[4]

5136. İmam Sadiq (ə): «Qəbr hər gün söhbət edir və deyir:  «Mən qürbət eviyəm, mən tənhalığın eviyəm, mən qurdların eviyəm, mən qəbirəm, mən cənnət bağlarından və ya cəhənnəm çuxurlarından biriyəm.»[5]

5137. İmam Kazim (ə) (Çüxurun kənarında belə buyurdu):–«Bir şeyin ki, axırı budur, elə əvəlldən onu ürəyindən çıxarsan daha yaxşıdır. Bir şeyin ki, əvvəli budur, sonundan qorxsan yaxşıdır.»[6]

 

1492. Qəbr sorğu-sualı.

5138. Allahın Peyğəmbəri (s) Allah iman gətirənləri dünya axirət həyatında möhkəm doğru sözlə gücləndirər»[7] ayəsi haqda): «Burada, qəbr-də ölülərin sorğu-sualı nəzərdə tutulur.»[8]

5139. «Tənbihul Xəvatir»: «Allahın Peyğəmbəri (s) bir gün əvvəl orada bir şəxsin dəfn olunduğu qəbrin yanından keçirdi və ailəsi ağlayırdı. Buyurdu: «Sizin gözünüzə görünməyən iki rükət adi namaz bu qəbr sahibi üçün bütün dünyanızdan daha əzizdir.»[9]

5140. İmam Sadiq (ə): «Ölüdən qəbrdə beş şey barədə soruşarlar: namazı, zəkatı, həcci, orucu və bizim ailəmizə vilayəti. Vilayət qəbrin kün-cündən qalan dörd şeyə deyər: Sizlərin hər birinizin əyər-əksiyi olsa, onları təkmilləşdirmək mənim boynuma.»[10]

5141. İmam Sadiq (ə): «Qəbrdə əsil mömin və əsil kafirdən başqa, kimsədən sorğu-sual olunmaz.»[11]

5142. İmam Əli (ə): «Ey Allahın bəndələri! Bağışlanmayan üçün ölümdən daha ağırı qəbrdir. Belə işə qəbrin darlığı, təzyiqi, qaranlığı və tənhalığından qorxun. Allahın öz düşmənini xəbərdar etdiyi darısqal həyat qəbr əzabıdır.»[12]

5143. İmam Əli (ə): «Sizdən əvvəlkilərin gördüklərini görsəydiniz, hər an süst düşüb, vəhşət içində olar, sözəbaxan və itaətcil olardınız. Ancaq onların gördükləri sizə görünmür və pərdənin götürülməsi də yaxındadır.»[13]

5144. İmam Baqir (ə): «Kim namazının rukusunu tam yerinə yetirsə, qəbrdə heç qorxu və vəhşət ona yaxın durmaz.[14]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Biharul-Ənvar, c.6, səh. 242, hədis 64

[2] Müstədrəkul-vəsail, c. 2, səh. 475, hədis 2502

[3] Tənbihul-xəvatir, c.1, səh. 284

[4] Ğurərul-hikəm, hədis 4800

[5] əl-Kafi, c. 3, səh. 242, hədis 2

[6] Məaniul Əxbar, səh. 43, hədis 1

[7] İbrahim, ayə 27

[8] Biharul-Ənvar, c. 6, səh. 228, hədis 29

[9] Tənbihul-xəvatir, c. 2, səh. 225

[10] əl-Kafi, c. 3, səh. 241, hədis 15

[11] əl-Kafi, c. 3, səh. 236, hədis 4

[12] Əmali-Tusi, səh. 28, hədis 31

[13] Nəhcül-Bəlağə, xütbə 20.

[14] Səvabul-Əmal, səh. 55, hədis 1


more post like this