Qiyamət günü insana nicat verə biləcək amillərdən biri də salamat qəlbdir. Mal və övladın isə insana faydası yoxdur. Pak qəlbin səmərəsi pak əməldir. Qiyamət səhnəsində nur saçar. İmam Səccad (ə) səlim qəlbi Allahın böyüklüyünü yada salaraq, İlahi inayətdə bilərdi.

Allah Təala buyurur: «O gün ki, malın və oğulların bir faydası olmayacaq». «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şuəra” 88-89).

Səlim – salamat deməkdir, yəni o qəlb ki, hər cür xəstəlikdən, əxlaqi və etiqadi bəlalardan uzaq olar. Allahdan başqa orada heç kəs olmaz.

İmam Sadiq (ə) bu ayələr haqqında buyurur: “Sağlam qəlb o qəlbdir ki, Pərvərdigarı ilə görüşər, o halda ki, Ondan başqa heç kəsi olmaz. O qəlbdə ki, şirk və şəkk olar, süqut edər”. Başqa yerdə buyurur: “Sağlam qəlb o qəlbdir ki, dünya dostluğundan sağlam olar. O kəsin ki, niyyəti sədaqətli olar – səlim qəlbi vardır. Çünki qəlbin havayi-nəfsindən pak olması niyyəti bütün işlərdə Allah üçün xalis edər”.

Qüdsü hədisdə oxuyuruq: “Nə zaman bəndəmin qəlbinə baş çəksəm, görsəm ki, Məni yada salmaq ona hakim olmuşdur, onu idarə və tərbiyəsini öhdəmə götürərəm. Onun həmsöhbəti və həmdəmi olaram”.

Allah Təala buyurur: “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır». (“Rəd” 28). Mənası budur ki, bütün qəlbi ilə Ona, Onun əzəmətinə diqqət edər, hazır və nazir olduğuna agah olar. Onunla günah arasında möhkəm sədd çəkilmiş olar.

 

Həzrət Əli (ə) buyurur: “Zikr iki cürdür: Allahı çətinliyə düşən zaman yada salmaqdır, ondan da üstünü budur ki, Allahı haramlar qarşısında yada salmaqdır ki, onunla haram arasında sədd yaradar”. Buna görə bəzi hədislərdə oxuyuruq ki, Allahı zikr etmək hadisələr qarşısında müdafiə qalxanıdır. Qəlbi sağlam saxlayar.

Bir gün əziz Peyğəmbərimiz (s) səhabələrinə buyurur: “Özünüz üçün qalxan hazır edin”. Dedilər: “Ey Rəsulallah! Ətrafımızda olan düşmənlərə görə qalxan hazırlayaq?”. Həzrət Peyğəmbər (s) buyurur: “Yox, cəhənnəm atəşindən. Desinlər: “Sübhənallah Vəlhəmdulillah, və lə İləhə İlləllah Vallahu əkbər”.

İmam Səccad (ə) Allaha dua edən zaman buyurur: “Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salam göndər! Bizləri o kəslərdən qərar ver ki, övliyaların ismət pərdəsini onların üzərinə çəkmisən. Qəlblərini pak və səfalı etmisən. O qəlbləri xəcalət və dərk zivəri ilə bəzəmisən”.

(Tebyan/ Deyerler.org)

http://sualcavab.ge/

 

 

 


more post like this