Mömin insan məsciddə olan zaman suda üzən balığa bənzəyir. Onunla qidalanır, sevincli və şaddır. Ancaq münafiq şəxs məcsiddə olan zaman suya düşmüş siçana bənzəyir. Əl-ayaq çalır ki, sudan çıxa bilsin. Çünki möminin sinəsi genişdir, ancaq münafiqin sinəsi dar.
“Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən)”. (“Şərh” 1).
İnsanın ən ali sifətlərindən biri – sinəsinin geniş olmasıdır. Quranın nəzərinə görə, bu sifət hidayətin nişanəsidir. Quran bəzi insanların sinəsinin geniş və bəzilərinin isə dar olduğunu vurğulayır. “Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. (“Ənam” 125).
Bəzi insanların ruhu o qədər genişdir ki, hər nə qədər həqiqəti daxil etsən, rahat yerləşər. Ancaq bəzilərinin ruhu o qədər dar və məhduddur ki, sanki heç bir həqiqət üçün yeri yoxdur.
Bəs qəlbi geniş olmaq nədir?
Sinəsi genişlik dedidkdə, insanın ruhunun İlahi həqiqətləri qəbul etməsi nəzərdə tutulur. Ona görə də sinəsi geniş olmaq – böyük İlahi nemətlərdəndir. Ancaq möminlərə nəsib olar. Hamıdan əvvəl Peyğəmbərimizə (s) nəsib olmuşdur.
Həzrət Peyğəmbərdən (s) bu sözün mənasını soruşurlar və Həzrət (ə) cavabında buyurur: “Elə bir nurdur ki, Allah kimin istəsə qəlbinə salar. Onun təsiri altından qəlbi genişlənər”. Sonra sual verirlər ki, əlaməti nədir? Buyurdu: “Cavidan evin fikrində olmaq və qürur evindən uzaq olmaqdır. Ölüm çatmamışdan əvvəl ona hazırlaşmaqdır. İman, saleh əməl və Allah yolunda səy etməkdir”.
İmam Sadiq (ə) buyurur: “Allah Təala Musaya (ə) vəhy göndərir: “Ey Musa! Malın çoxluğundan sevinmə! Məni yada salmağı heç bir halda tərk etmə! Çünki malın çoxluğu günahı unutmağa səbəb olar. Məni yada salmağı tərk etmək qəlbi daşlaşdırar”.
İmam Əli (ə) buyurur: “Göz yaşları qurumaz, məgər qəlb daşlaşarsa. Qəlb daşlaşmaz, məgər o halda ki, günah çox olar”.
İmam (ə) başqa yerdə buyurur: “İki cür təlqin vardır: şeytanın təlqini və mələklərin təlqini. Mələyin təlqini qəlbin yumşalmasına və dərkin artmasına səbəb olar. Şeytanın təlqini qəlbin qəsavətinə gətirib çıxardar”.
Hər bir halda insan əgər sinəsinin geniş olmasını istəyirsə, gərək Allaha üz tutsun ki, həmin nur qəlbinə daxil ola bilsin. Bundan əvvəl qəlbi günahdan təmizləmək lazımdır. Orada olan nəfsani istəkləri pak etmək lazımdır. Bu zaman həmin nuru qəbul etməyə hazır olar. Allah qorxusudan göz yaşı tökmək insan qəlbini yumşadar və ruhuna qəribə təsir qoyar.
Sinəsi geniş olmaq – böyük bir sərmayədir. Belə ki, Həzrət Musa (ə) Fironla görüşə getməyə vəzifələndirildiyi zaman Allahdan istəsiyi ilk hacəti – sinəsini genişləndirmək olmuşdu. Allah ona bu vəzifəni verən zaman başa düşür ki, çox ağır bir vəzifəsi vardır. Çünki Fironu yaxşı tanıyırdı və onun Musaya (ə) iman gətirən insanlara necə işgəncə verdiyini bilirdi. Onların əl-ayaqlarını kəsir və sonra da ağacdan asırdı. O biri tərəfdən isə cahil Bəni-israyil qövmü ilə üz-üzə idi. Ona görə də əllərini açır və Allaha dua edir: “Allahım, sinəmi genişləndir!”. Cavab gəlir: “İstədiyini verdik”.
Allah sinə genişləyini İslam Peyğəmbərinə (s) də əta etmişdir və buyurur: “(Sinəni genişləndirdikdən sonra) Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?) Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü”. (“Şərh” 2-3).
Allah bizlərin də sinəsini genişləndirsin və bu nuru qəlbimizə salsın.


ƏXLAQ NIYƏ ZƏRURIDIR?

Hər bir unsanın 2 tərəfi var:
1. Gizli tərəfi – ona batin, ruh, can deyərlər.
2. Zahiri tərəfi – cisim, bədən, cəsəd deyərlər.

Bu iki hissəsinin hər birinin özünəməxsus ləzzətləri və dərd-sərləri vardır. Hər birini müalicə etmək üçün həmin hissənin özünəməxsus elminə müraciət etmək lazımdır. Cismin xəstəliklərini şərh edən elm – tibb elmidir.
Ruhun dərd və əziyyəti isə əxlaq rəzilətləridir ki, yaxşılaşan zaman əxlaq fəzilətlərinə çevrilər. Səadət və kamala səbəb olar. İnsanı İlahi qürbə yaxınlaşdırar. Bu əxlaqı rəzilətləri aradan qaldırmaq üçün yol göstərən elm – əxlaq elmidir.
Əxlaq fəzilətləri sayəsində insan nicat tapar. İnsanı cavidan səadətə çatdırar. Əxlaq rəzillikləri isə insanı həmişə bədbəxt edər. Ona görə də nəfsi bu rəzil sifətlərdən pak etmək və onu fəzilətlərə bəzəmək – ən mühüm vacibatlardandır. O, olmadan həqiqi həyata çatmaq qeyri-mümkündür.
Ona görə də hər bir aqil insan əxlaq fəzilətləri üçün çalışmalıdır. Rəzilliklərdən isə uzaq olmalıdır. Əgər bu sahədə səhlənkarlıq etsələr, əbədi həlakətə çatarlar.
İnsan əxlaq rəzilliklərindən pak olmayınca, fəzilətərlə bəzənə bilməz. Nəfsi müqəddəs feyzlərə çata bilməz. Yəni insanın çirkin siması aradan getməzsə, gözəl simaya bəzənə bilməz. Eləcə də əgər insan nəfsi təkəbbürdən, həsəddən, riyadan, şöhrətdən, yaxınlarına pislik etməkdən pak olmazsa zahiri ibadət və itaətin mənası olmaz. Batini pak olmayan bir insanın zahiri nə qədər ibadətlə bəzənsə də, faydası olmaz. Nalayiq rəftarlar insan qəlbini günah tarlasına çevirər. Hər kim qəlbini rəzil sifətlərdən pak etməzsə, kamala çatmaz.

(Tebyan/ Deyerler.org)

http://sualcavab.ge/


more post like this