İnsanın mö᾽min və ya kafir, əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?

Mö᾽min üçün qəbir sorğusu ne᾽mətə yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mö᾽min çox xoşhal olur. Buna görə də bu mələklərin adı “Bəşir” və ya “Mübəşşir” (xoş müjdəçi)dir. Digər tərəfdən, mö᾽minlə sorğunun özü də onun üçün ləzzətdir.

Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Mö᾽minin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə şəhadət versin.

 

http://sualcavab.ge

 

 


more post like this