Dünya cəmi bir neçə ildir ki, psixologiyaya əhəmiyyət verir. Yaxın vaxtlaradək psixologiya ciddi qəbul olunmaz, psixoloqlar məsxərəyə qoyulardılar. Amma son dövrlər insanlar psixoloqlara daha çox üz tutur, bütün ümidlərini bu sahəyə bağlayırlar. Psixoloqlar da insanların ümidlərini doğrultmaq üçün var qüvvələri ilə çalışırlar.
Əfsus ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də ciddi nöqsanlarla qarşılaşırıq. Başlıca səhv odur ki, xəstəliyi müayinə edən həkim xəstəliyin səbəblərini orqanizmdə yox, xarici mühitdə axtarır. Əslində bütün insanlar üçün xarici mühitdə qıcıqlandırıcı amillər var. Psixoloq hər hansı xarici amili əsas tutaraq psixotrop maddələrdən istifadə etməyə başlayır. Bu maddələr vasitəsi ilə orqanizmin xarici mühitə olan reaksiyası zəiflədilir. Amma əksər xəstələr bu dərmanlar vasitəsi ilə düşdüyü çətinlikdən qurtula bilmir. Xüsusi ilə, sinir sistemi zədəli insanlar uyğun müalicələrdən heç bir fayda görmür. Cəmiyyət bu acı həqiqəti qəbul etməlidir ki, əksər psixi xəstəlikləri ən mahir psixoloqlar belə müalicə edə bilmirlər.


more post like this