1004. Yaxşılıq və pisliyin meyarı

Quran

«Sizin üçün cihad təyin edildi, o da sizin xoşunuza gəlmir. Nə çoxdur sizin xeyrinizə olan, ancaq xoşunuza gəlməyən şey. Nə çoxdur sizin xoşunuza gələn, ancaq ziyanınıza olanlar. Allah bilir, sizsə bilmirsiniz.»[1]

«İnsan xeyir dua etdiyi kimi, şər dua da edər. İnsan həmişə tələsəndir.»[2]

Hədis:

3235. İmam Əli (ə):«O yaxşılıq ki, onun arxasında atəş var, yaxşılıq deyil. O pislik ki, sonunda Cənnət var, pislik deyil. Cənnətlə müqayisədə hər bir nemət kiçik və dəyərsizdir. Cəhənnəmin müqabilində hər əziyyət və bəla, salamatlıqdır.»[3]

3236. İmam Əli (ə) :«Sübhan olan Allah hidayət edən bir kitab göndərdi və onda yaxşı ilə pisi bəyan etdi. Belə isə, yaxşılıq yolunu seçin ki, hidayət olasınız. Pislik yolundan da uzaqlaşın ki, məqsədə çatasınız.»[4]

 

1005. Pisdən də pis

3237. Allahın Peyğəmbəri (s) :«İki işdən üstün heç bir xeyir yoxdur:  Allaha iman və Allah bəndələrinə xeyir vermək. İki işdən də böyük şərr yoxdur: Allaha şərik qoşmaq və Allahın bəndələrinə ziyan vurmaq.»[5]

3238. İmam Əli (ə) :«Pisdən daha pis olan onun cəzası, yaxşıdan daha yaxşı isə onun mükafatıdır.»[6]

3239. İmam Əli (ə):«Pislik edən, pislikdən daha pisdir.»[7]

 

1006. Pisliklərin açarları

3240. İmam Baqir (ə):«Allah-taala pisliyə qıfıllar qoymuş və bütün bu qıfılların açarını şərabda qərar vermişdir. Yalan isə şərabdan da pisdir.»[8]

3241. İmam Sadiq (ə) :«Qəzəb, bütün pisliklərin açarıdır.»[9]

1007. Şərr toplusu

3242. Allahın Peyğəmbəri (s):«İblis öz şeytanlarına dedi:«Sizə əti, məstedici şeyləri və qadınları (nəzərinizdə saxlamağı) tövsiyyə edirəm. Çünki bu üç şeydən başqa pislikləri hazırlayan heç nə tapmıram.»[10]

 

1008. Şər insanın təbiətindədir

3243. Allahın Peyğəmbəri (s) :«Xeyir iş görmək üçün özünüzü zəhmətə salın və bu yolda nəfslərinizlə mübarizə aparın. Çünki insanın təbiətində şər qoyulmuşdur.»[11]

3244. İmam Əli (ə):«Öz nəfsini fəzilətləri qəbul etməyə məcbur et. Çünki rəzalətlər sənin təbiətində qoyulmuşdur.»[12]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 



[1] Bəqərə, ayə 216

[2] İsra, ayə 11

[3] Nəhcül-Bəlağə, xütbə 387

[4] Nəhcül-Bəlağə, xütbə 167

[5] Biharul-Ənvar, c.77,səh.137 , hədis 2

[6] Nəhcül-Bəlağə, xütbə 114

[7] Nəhcül-Bəlağə, hikmət 32

[8] Biharul-Ənvar, c.72,səh. 236 , hədis 3

[9] Biharul-Ənvar, c.73,səh. 263 , hədis 4

[10] Biharul-Ənvar, c.62, səh. 293

[11] Tənbihul-Xəvatir, c.2,səh.120

[12] Ğurərul-Hikəm,hədis 2477


more post like this