islamic mənbələri

    1. home

    2. article

    3. PIS IYLI YEMƏKLƏR YEDIKDƏN SONRA MƏSCIDƏ GETMƏK

    PIS IYLI YEMƏKLƏR YEDIKDƏN SONRA MƏSCIDƏ GETMƏK

    PIS IYLI YEMƏKLƏR YEDIKDƏN SONRA MƏSCIDƏ GETMƏK
    4 (80%) 1 vote

     

    289. Cabir rəvayət edir: «Allahın Rəsulu (s) bizi soğan və tərə yeməkdən çəkindirdi. Amma biz dözə bilməyərək onlardan yedik. Belə olduqda, O, buyurdu: «Heç kəs bu pis iyli tərəvəzlərdən yedikdən sonra bizim məscidimizə yaxınlaşmasın! Çünki mələklər də insanların narahat olduğu hər bir şeyə narahat olurlar.»

    290. Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqirdən (ə) sarımsaq yemək barəsində soruşdum. O həzrət (ə) belə buyurdu: «Allahın Rəsulu (s) insanları sarımsaq yeməkdən pis iyinə xatir çəkindirib. Buyurub: «Kim bu pis iyli tərəvəzi yesə, bizim məscidə yaxınlaşmasın! Məscidə gəlmədikdə isə sarımsaq yemək olar.»

    291. İmam Sadiq (ə): «Peyğəmbər (s) buyurdu: «Heç kim bu göyərtidən (sarımsaq) yediyi halda məscidimizə gəlməsin!» Amma onun haram olduğunu buyurmadı.

    292. Əbu Səid Xudri belə rəvayər edir: «Rəsulallahın (s) hüzurunda soğan və sarımsaq barəsində söhbət açılanda:« Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu‚ sarımsaqdır. Onu yeməyi haram buyurursan?»-deyə soruşuldu. Peyğəmbər (s) buyurdu: «Onu yeyin‚ amma nə qədər ki‚ ağzınızdan iyi getməyib‚ məscidə yaxılaşmayın!»

    293. İmam Əli (ə): Hər kim‚ pis qoxulu bir şey yesə‚ heç vaxt (o halda) məscidə yaxınlaşmasın.

    294. Həsən Zəyyat rəvayət edir: «Həcc əməllərini qurtardıqdan sonra Mədinə şəhərinə gedib‚ imam Baqiri (ə) axtardım. Mənə onun Yənbu məntəqəsində olduğunu söylədilər. Oraya getdim. İmam (ə) buyurdu: Ey Həsən! Buraya mənim üçün gəlmisən?» Dedim: «Bəli‚ sənə qurban olum! Səni görmədən buradan getmək istəmədim». İmam (ə) buyurdu: Mən bu göyərtidən (sarımsaq) yemişdim və ona görə də Peyğəmbərin məscidindən uzaq olmaq istədim.»

     

     

     

    Məscid kitabından….