Cavab: Bəzi hədis kitablarında, o cümlədən biharul- ənvar, kəşkul ummə fi mərifətul- əimmə, Əlmənaqibiu ali Əbi Talib və sair. Peyğəmbərdən (s) belə hədis nəql olmuşdur ki, “mənim nəsil və əcdadımı Ədnana kimi tanıtdırmağınız kifayət edər. (Ondan sonrakıları saymayın)”
Ayrı bir hədisdə isə o həzrətə (s) belə buyurmuşdur: “Hər kəs mənim ulu babalarımız adını Məəd ibni Ədnandan İbrahimə (ə) kimi saysa yalan demişdir”.
Bu məsələnin sirri dəqiqliyi ilə məlum deyildir. Amma bizə çatan dəlil budur ki, bu barədə tarixçilərin nəzərləri müxtəlif olduğu üçün Peyğəmbər (s) bu işdən insanları çəkindirmişdir. Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Hər kəs mənim əcdadımı sayaraq Ədnana çatdı dayansın. Sonra bu ayəni oxumuşdur: Biz adı da, səmudu da, Rəss əhlini də (Şüeyb Peyğəmbərin nəsli) həmçinin onların arasında olan bir çox nəsilləri də əməllərinin cəzası olaraq yerlə yeksan etdik.” Bunun arasında isə belə buyurmuşdur: “Allahdan savayı bunların hikmətini bilən yoxdur.”
Yuxarıda qeyd etdiyimiz hədis və ayələrdən də məlum olur ki, Ədnandan qabaqkı, əcdadların adlarında və kimliyində tarixçilərin nəzərləri fərqlidir.
NUR-AZ.COM


more post like this