Peyğəmbərin (s) dörddən çox qadınla ailə qura bilməsi, hansı səbəblərə əsaslanır?
Cavab: Peyğəmbərin (s) qadınlareının çox olması mövzusu daim insanlar üçün sual amili olmuşdur.
Biz bu məqalədə gərək bəzi məsələlərə toxunmaqla müxatəbin zehnini bu kimi suallardan təmizləyək:
1). Birincisi: “Dörd qadından artıq arvad almaq mövzusu haram olmazdan öncə Peyğəmbərimiz bu qadınla ailə qurmuşdu.
2). Peyğəmbərimizin bu qədər evlənməyi uca hədəflərə əsaslanır. O cümlədən: Bəzi qadınlara kafirlərə qismət olmaqdan nicat verirdi. (Sudə və Ümmi Həcibə Əbu sufyanın qızı) bəziləri isə ailə qurmaqla özünü o qəbilənin şərindən siğortalayır və ya öz himayəçilərinin sayını artırırdı. (Ayişəni və Həfsəni buna misal vurmaq olar). Bundan əlavə bəzi başsız qadınlarla ailə qurmaqla onlara nigarançılıqdan nicat verir (Ümmi Sələmə), bəzilərinin abır- heysiyyətini qoruyur (Zeynəb binti Cəhəş) və ərəblərin qədim cahil ən- ənəsini aradan aparmaq üçün öz oğulluğunun arvadı (boşanmış) ilə ailə qurmuşdur. (Zeynəb binti Cəhəş).
Bundan əlavə bəzi əsirlərdən alıb arvad edib sonra isə azad etmişdir.
Bizim bunlara əsas dəlilimiz budur ki, Peyğəmbərin qadınlarının çoxusu dul və qoca olmuşdurlar.
Bundan əlavə biz bununla müşahidə edirik ki, bu işə Allah Taala razılıq vermişdir. Allah Taala yaxşı bilir ki, Peyğəmbər onlardan sui- istifadə etməyəcəkdir. Bu sözə də əsas şahidimiz Peyğəmbərimizin onlarla gözəl rəftarı olmuşdur.
Peyğəmbərimizin gözəl qadınlarla ailə qurmaq imkanına malik olduğu halda bu işdən imtina etməsi, onun ailə qurmaqda digər hədəflərin gizləndiyindən xəbər verir. Deməli Peyğəmbərimizin ailə qurmaqda böyük İlahi hədəflər olmaqla yanaşı onun dörd qadından çox qadınla ailə qurmaq icazəsi olmuşdur.
NUR-AZ.COM


more post like this