Cavab: 1-Bir gün Rəsulullah (s.ə.v.v) Fatimə (əleyhissalam)-ın əlindən tutub dedi: “Qızım Fatiməni tanı-yanlar tanıyıb, tanımayanlar isə tanısın. Bu, Mühəmmədin qızı Fatimədir. Bu mənim canımın bir parçasıdır. Bu mənim qəlbim və ruhumdur. Hər kəs ona əzab-əziyyət versə mənə əzab-əziyyət vermişdir. Mənə əzab-əziyyət verənlər isə Allaha əzab-əziyət verirlər.” [4581]
2-Buxari özünün “Səhih” kitabında Misvər ibni Məxrəmədən belə nəql edir: Peyğəmbər (s.ə.v.v) buyurub: “Fatimə mənim canımın bir parça-sıdır. Hər kəs onu qəzəbləndirsə məni qəzəblən-diribdir.” [4582]
3-Hakim “Müstədrəküs-səhiheyn”-də Əli (əleyhissalam)-dan belə nəql edir: “Peyğəmbər (s.ə.v.v) buyurub: “Ey Fatimə, Allah sənin qəzəbinə xatir qəzəblənir, sənin razılığına xatir razı olur.” [4583]
[4581] “Nüzhətül-məcalis”, Adəmlə Həvvanın izdivacı bəhsi, 2-ci cild, səh.190
[4582] “Səhihi-Buxari”, 5-ci cild, səh.26-36-cı səhifə (9 cildli çap.)
[4583] “Əs-səbətü minəs-sələf”, səh.18; “Müstədrək”, 3-cü cild, səh.153; “Üsdül-ğabə”, 5-ci cild, səh.522; “Əl-isabə” 8-ci cild, səh.159; “Təzhibut-təzhib”, 12-ci cild, səh.441; “Kənzül-ümmal”, 7-ci cild, səh.11; 6-cı cild, səh.219; “Zəxairül-üqba”, səh.39

Nur-az.com


more post like this