Ələ üzük taxmaq, Peyğəmbər (s) və imamların (ə) daim diqqətdə saxladıqları bəyənilmiş sünnələrdəndir. Bir çox rəvayət və hədislərdə üzüyün qaşı, metalı, üz quruluşu və onu taxmağın keyfiyyəti haqda məlumat verilmişdir. Misal üçün, əqiq qaşlı üzüyün bərəkətin çoxalmasına, bəlalardan amanda qalmağa səbəb olduğu bildirilmişdir və onun metalının gümüş olması sifariş olunmuşdur. Onun üz quruluşu haqda “Allah əl-Məlik” (Allah padşahdır) və ya “Muhəmmədun nəbiyyəllah və Əliyyən vəliyyullah” kimi ali və uca zikrlər tövsiyə edilmişdir. Habelə üzüyü sağ əl taxmaq həddsiz tövsiyə edilməklə yanaşı şiənin əlamətlərindən biri sayılmışdır. İmam Musa Kazimdən (ə) nəql olunan hədisdə gəlmişdir: “… Həzrət Əli (ə) sağ əlinə üzük taxardı, çünki Allahın Rəsulundan (s) sonra “Əshabi yəmin”in imamı idi… və bu bizim şiələrimizin nişanəsidir.” Yəni, üzüyü sağ ələ taxmaq bir növ Peyğəmbər (s) və Əmir əl-möminin Əlini (ə) təmsil etməkdir. Bu tərtiblə ki, Peyğəmbər (s) və həzrət Əli (ə) “Əshabi-yəmin”in imamlarıdırlar və onların üzüyünü sağ ələ taxmaq məlum məqamın göstəricisidir. Şiələr birlik və imamlarının sünnəsinə əməl etmək naminə sağ ələ üzük taxırlar.
Əlbəttə diqqət edilməlidir ki, sağ ələ üzük taxmaq məqamında deyilən bütün tövsiyə və dəyərlər bu əməlin müstəhəbliyini çatdırır. Yəni, bu əməl zəruri deyil. Rəvayətlərin bəzisində yuxarıda qeyd edilənlərdən əlavəyə icazə verilmişdir. Məsələn, İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən Peyğəmbərin (s) üzüyü qaşsız qeyd edilmişdir. O, həzrət (ə) buyurur: “Peyğəmbərin (s) üzüyü gümüş və qaşsız idi”. Üzüyün hansı əldə olması barədə isə İmam Musa Kazimdən (ə) soruşulduqda həzrət buyurdu: “İstəsən sağ əldə, istəsən sol əldə”. Deməli, adət-ənənə nişan üzüyünün sol əldə olmasını tələb edirsə eybi yoxdur. Lakin daha yaxşı olar ki, şiəlik nişanəsi kimi, digər savablardan bəhrələnmək xatirinə sağ əlimizə də əqiq qaşlı üzük taxaq.
Əlbəttə nəzərdən qaçırmamaq lazımdır ki, qızıl və qızıl tipli üzüklərin taxılması kişilər üçün haramdır. NUR-AZ.COM


more post like this