Peyğəmbər (s.ə.v.v) İslamı 3 il müddətinə məxfi surətdə təbliğ etdikdən sonra besətin 3-cü ilində Allah tərəfindən öz risalətini aşkar etmək əmrini aldı. “Şura” surəsinin 214-cü ayəsində buyurulur: “(Ey Peyğəmbər!) Yaxın qohum-əqrəbanı (ilahi əzabdan) qorxut!”
Bu ayə nazil olanda Peyğəmbər (səlləllahu əleyhi və alihi) Allahın əmri və hökmü ilə öz qohum-əqrəbasını evinə dəvət etdi. Onlara buyurduğu axırıncı sözü bu idi ki, Həzrəti Əlinin əlindən tutub buyurdu:
“Bu mənim qardaşım, vəzirim və məndən sonra sizin aranızda canişinim (xəlifəm)dir. Onun fərmanlarına qulaq asın və dediklərinə itaət edin.”


more post like this