Cavab: Məşhur tarixçilər yazmışlar ki, İbni Abbas deyirdi: Bir gün Peyğəmbər öz arvadlarının hamısı bir yerdə olanda onlara buyurdu: Sizlərdən hansınız bir dəvəyə minəcək, Hovəb itləri ona tərəf hürəcəklər? Onun sağında və solunda çoxlu adam öldürəcəkdir, onların hamısı da cəhənnəm əhlidirlər.

Bütün tarixçilər yazmışlar ki, yol üstündə Ayişə Hovəbə çatdıqda (o, Bəni-Amir ibni Səsəə qəbiləsinə mənsub olan su quyuları idi) itlər onun üstünə hürüşdülər, güclü dəvələr hürküb qaçdılar. Onun ətrafındakılardan biri dedi: Hovəb itləri nə qədər çoxdurlar və nə qədər çox hürürlər!

Bu zaman Ayişə öz dəvəsinin cilovunu çəkib soruşdu: Bunlar Hovəb itləridir?! Məni qaytarın, məni qaytarın! Mən Peyğəmbərdən eşitmişdim ki, belə buyurur:…

Onlardan biri bunu inkar edib dedi: Biz Hovəb suyundan çoxdan keçmişik.

Ayişə dedi: Şahidiniz varmı?

Onlar da çöl ərəblərindən 50 nəfər tapıb gətirdilər, onlar da Ayişənin yanında and içdib dedilər ki, bura Hovəb suyu deyildir. Ayişə də yolunu davam edərək Bəsrənin yaxınlığındakı Əbu Musa quyularına çatdı.

Ayişənin Hovəb sularından keçməsi və həmin vaxt oranın itlərinin onlara hürməsi müstəfiz hədislərdəndir və Peyğəmbəri Əkrəmin haqq olmasını və İslamın əzəmətini çatdırır. Bu ümmətdən heç kəs bu barədə deyilənlərdən xəbərsiz deyildir.

NUR-AZ.COM


more post like this