Bu sualın cavabını anlamaq üçün bir neçə nöqtəyə diqqət etmək lazımdır.

1. Tövbə və istiğfarın mahiyyəti

Lüğətdə tövbə çox zaman qayıtmaq və anlamaq mənasında işlədilmişdir. Ancaq, bu o demək deyil ki, tövbə kəlməsi başqa mənaları vermir. Bəlkə öz acizliyinə etiraf edib bəndəlik haqqını yerinə yetirmək yolunda olan hər cür diqqətə də şamil edilir. Buna görə də tövbə edənin mütləq günahkarlığına dəlalət etmir.

İstiğfar isə «ğəfir» kəlməsindən götürülüb, lüğəvi mənası örtmək və gizlətmək deməkdir. Ərəblər papağa (başı örtdüyü üçün) «miğfər» deyirlər. Göründüyü kimi «ğəfir» əslində bağışlamaq və buna oxşar mənalarda işlədilməmişdir. Buna əsasən istiğfar yəni, örtünmə və gizlətmək (diləmək) tələb etmək mənasını ifadə edir.

Bəzən başqalarına bihudə vaxt sərf etmək, məbuda qarşı qəflətdə olmaqdan ötrü heç bir günah və xəta üz verməsə də belə istiğfar edilir. Peyğəmbər və ilahi övliyaların Allaha olan tövbə və istiğfarı sonsuz təvazökarlıqlarından, naqis bəndəliklərini etiraf etmələrindən irəli gəlirdi. Daimi istiğfar imanlı və təqvalı bəndəliyin şərtlərindəndir. O, ilahi rəhmət qapılarını açar və Allaha yaxınlaşmaq yolunda böyük zəmin yaradar.

 

2.         Tövbə və istiğfarın yerləri

Qurani-Kərim baxımından tövbə böyük ibadətlərdən biri hesab olunur. Bu haqda olan bir neçə ayəni aşağıda nəzərinizə çatdırırıq:

a)         Bütün möminlərin tövbəyə dəvəti:

«إِنَّ اللَّهَ يُحِبُّ التَّوَّابِينَ وَ يُحِبُّ الْمُتَطَهِّرِينَ»؛

“Allah tövbə edənləri də sevir, pak olanları da”. (Bəqərə surəsi, 222-ci ayə)

b)         Allah tövbəkarları sevir:

«تُوبُوا إِلَى اللَّهِ جَمِيعاً أَيُّهَا الْمُومِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ»؛

“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” (Nur surəsi 31-ci ayə)

c)         İstiğfar gecə oyaq qalıb ibadətlə məşğul olanların və sübh erkən oyananların əməlidir.

«الصَّابِرِينَ وَ الصَّادِقِينَ وَ الْقانِتِينَ وَ الْمُنْفِقِينَ وَ الْمُسْتَغْفِرِينَ بِالْأَسْحارِ»؛

“Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxan-lardı)”. (Ali-İmran surəsi 17-ci ayə)

Qurani-Kərim başqa bir yerdə həqiqi möminləri belə tanıdır:

«كانُوا قَلِيلاً مِنَ اللَّيْلِ ما يَهْجَعُونَ. وَ بِالْأَسْحارِ هُمْ يَسْتَغْفِرُونَ»؛

“Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.” (Zariyat surəsi 17-18-ci ayələr)

İslam Peyğəmbəri (s) belə buyurur: «خير الدّعاء الاستغفار» «Duaların ən yaxşısı istiğfardır».

İmam Sadiq (ə) isə buyurmuşdur: «الاستغفار و قول «لا إله إلاّ اللّه» خير العبادة» «İstiğfar etmək və La İlahə İlləllah demək ən yaxşı ibadətdir».

Yuxarıda deyilənlərdən belə aydın oldu ki, Qurani-Kərimin nəzərinə görə, tövbə və istiğfar bütün möminlərin ona əməl olunmasına dəvət olunduğu ibadətdir. Bu üzdən İlahi övliyalar hər şeydə qabaqcıl olduqları kimi, gərək Allahın bu dəvətinə də daha layiq əməl etsinlər. Daim tövbə və istiğfar etməklə İlahi dərgaha yaxınlaşsınlar.

 

3.         Tövbənin mərtəbələri

İstiğfar və tövbə müxtəlif dərəcələrə malikdir. Onun dərəcəsi tövbə edənlərin halına münasibdir. Günahkarın tövbəsi günahından, Allaha yaxınlaşanın tövbəsi bir anlıq ona qarşı etdiyi diqqətsizlikdəndir. İlahi övliyaların tövbə və istiğfarı isə bunlardan daha böyük mərtəbədədir. Onların tövbəsi gah Allahın xüsusi izni olmadan digər vasitələrdən kömək istəməkdə olmuşdur. Necə ki, Həzrəti Yusif (ə) Allahın əmri olmadan öz günahsızlığını Misir hakiminə çatdırmaq üçün bir kəsi vasitə etdi. O zaman onun bu hərəkəti peyğəmbərlik məqamında günah hesab olundu. Çünki bu iş Həzrəti Yusifin (ə) Tovhidi Əfali (Бцтцн ишlərdə Аллащын felinə (тяряфиндян щяйата кечмяйиня) инанмаг. ) inancına uyğun deyildi.

On dörd məsumun barəsində isə tövbə və istiğfar bu mənadan da uca anlam ifadə edir. Belə ki, onlar heç zaman Allahın izni olmadan bir iş görməmişlər. Onlar hər zaman İlahi məqamı başı üzərində görüb, Allahı qəti şəkildə öz sahibi biliblər. Onun tərəfindən olan hər bir qədərə razı olublar. Öz əməllərini Allahın ucsuz-bucaqsız əzəməti qarşısında kiçik sandıqlarından hər zaman Allahdan həya ediblər.

Həzrəti Peyğəmbər (s) İmam Əlinin (ə) Xəndək savaşındakı şücaətini bütün bəşəriyyətin ibadətindən üstün hesab etsə də, Əli (ə) bütün əməl və ibadətlərini Allahın əzəməti qarşısında elə az hesab edib ki, bundan dolayı öz acizliyinə və nöqsanına etiraf edərək istiğfar etmişdir. Bu hal yalnız o şəxslərə məxsusdur ki, onlar tovhid yolunda irfani addımlarla ibadətin dərinliyinə qapılaraq, yaradanları yolunda öz etdiklərini heç sanmışlar.

 

4. Peyğəmbərin (s) istiğfarı

Peyğəmbərimizin (s) hədislərində gəlmişdir:

إِنَّهُ لَيُغَانُ عَلَى قَلْبِى وَ إِنِّى لَأَسْتَغْفِرُ اللَّهَ فِى كُلِّ يَوْمٍ سَبْعين مَرَّةً؛

(Mən hər gün İlahi dərgaha yetmiş dəfə istiğfar edirəm).

İmam Sadiq (ə) buyurur:

«إن رسول اللّه صلى‏الله‏عليه‏و‏آله كان لا يقوم من مجلس و إن خفّ حتّى يستغفر اللّه عزّ و جلّ خمسا و عشرين مرّة»؛

“Peyğəmbər (s) heç zaman məclisdən (hətta kiçik məclisdə olsa belə) iyirmi beş dəfə istiğfar etmədən durmazdı”.

O Həzrət həmçinin buyurur:

«إِنَّ رَسُولَ اللَّهِ صلى‏الله‏عليه‏و‏آله كَانَ يَتُوبُ إِلَى اللَّهِ عَزَّ وَ جَلَّ- كُلَّ يَوْمٍ سَبْعين مَرَّةً مِنْ غير ذَنْبٍ»؛

“Allahın rəsulu günah etməməsinə baxmayaraq hər gün yetmiş dəfə tövbə edərdi.” (Biharul-ənvar c.44, səh.275)

İndi belə sual qarşıya çıxır: Peyğəmbəri (s) daima istiğfara sövq edən nə idi?

Peyğəmbərlər hər zaman İlahinin varlıq nurunu qəlbində hiss etmişlər. Ancaq bəzən təbliğdən dolayı insanların içərisində oldu-ğundan o nur bulud arxasındakı günəş kimi pərdələnmiş olurdu. O zaman Həzrət yetmiş dəfə istiğfar edirdi ki, həmin öncəki mənəvi halına qayıtsın. Günəşin nuru bulud arxasından görünsün.

 

5. Övliyaların istiğfarı

İlahi övliyaların istiğfar etməsi hər növ pisliyin öncədən qarşısını almaq üçündür. Bizim istiğfar etməmiz isə törətdiyimiz günahların bağışlanması və onun mənfi təsirinin aradan getməsi üçündür. Məsumlar isə istiğfar edirlər ki, həyatda yanlışlığa tərəf büdrəməsinlər və heç bir günah onları çənginə almasın. Nəticədə bununla da onlar tövbə, istiğfar, ibadət və itaətlə öz ismət dərəcələrini artırmış olmuşlar.

 

6. Tövbənin tərbiyəvi rolu

Peyğəmbər və İmamların ilahi dərgaha üz gətirib tövbə etməsi ümmətə nümunə olaraq müsbət tərbiyəvi təsir bağışlayır. Onlar bununla başqalarına yaradanlarına qarşı təvazökar və sayqılı olmağı, öz kiçik yaxşı əməllərini böyük sanmamağı öyrətmiş olurlar. Öyrədirlər ki, biz hər nə qədər ibadət və itaətlə məşğul olsaq da yenə Allah üçün çox azdır. Bu təlimin nəticəsində insanlar əməllərinə görə qürurlanmaz, Allaha qarşı da tələbkar olmazlar.

Onlardan ibrət alan şəxs anlayar ki, məsumlar Allah yanında uca məqamları, ibadətlərinin belə digər möminlərin ibadətindən üstün olmalarına baxmayaraq yenə də tövbə və istiğfarı unutmayıb, daim yaradanlarından üzrxahlıq etmiş, əməllərindən peşman olduqlarını demişlər. Bəs mən nədən onlar kimi istiğfar etməyim?

 

sualcavab.ge

 


more post like this