İmam Hadi (ə)(Musanın əsa, nurani əl və caduya qarşı vasitələrlə, İsanın təbabət vasitələri və Məhəmmədin (Ona, əhli-beytinə və bütün peyğəmbərlərə Allahın salamı olsun) söz və kəlamla göndərilməsinin səbəbi haqda ibn Sikkitin sualına cavabından): «Allah Musanı (ə) göndərəndə cadugərlər zəmanə əhlinə qalib gəlmişdi. O, Allah tərəfindən camaata elə bir şey gətirdi ki, onların qüdrətindən xaric idi. Onun vasitəsi ilə cadugərlərin cadusunu batil və hüccəti onlara sübut etdi. İsaya xroniki xəstəliklərin geniş yayıldığı, camaatın onların müalicəsinə ehtiyacı olduğu vaxt peyğəmbərlik verdi. İsa da Allahın tərəfindən, onlar üçün onlarda bənzəri olmayan bir şey gətirdi. O, Allahın izni ilə ölüləri diriltdi, anadangəlmə korlara və ala xəstəliyinə tutulmuşlara şəfa verdi və bu vasitə ilə hüccəti onlara sübuta yetirdi. Məhəmmədi (s) kəlam və xitabətin (gümanımca «şer»i də buyurdu) geniş yayıldığı bir vaxt göndərdi. O Həzrət Allah dərgahınndan hikmətlər, moizələr gətirdi və bu vasitəsə ilə onların sözlərini batil etdi və hüccəti onlara sübut etdi.»( əl-Kafi, c.1, səh.24, hədis 20 )

sualcavab.ge


more post like this