Peyğəmbərlər (ə) məsum olduqları halda nədən onlara günah və itaətsizlik nisbəti verilmişdir?

Bu suala cavab vermədən öncə əgər ilahi ehkamların növlərini və ərəbcə “Zənb” və azəricə “Günah” kəlməsinin mənasını araşdı-rarıqsa, peyğəmbərlərə nisbət verilən kəlmənin əsl mənasını düzgün təhlil etmiş olarıq.

Əhkamın növləri

İlahi əmr və nəhylər – (Allahın göstəriş və çəkindirdikləri) iki qismdən ibarətdir: 1-Qanuni, 2-İrşadi

A)        Qanuni hökmlər: təklif gətirən zəruri göstərişlərdən ibarətdir. Allah bu cür hökmlərə əməl və riayət olunmasına ciddiyyətlə tələb edir. O əməl qarşısında mükafat, laqeydlik göstərildikdə isə axirətdə əzab edəcəyini vəd edir.

 

B) İrşadi hökmlər: O hökmlərə deyilir ki, onların şəriətlə bir əlaqəsi yoxdur.

İrşadi hökmlər iki qismə bölünür:

1. Ağıl baxımından lazımi və zəruri olanlara göstəriş verən hökmlər. Məsələn: Yaradana itaət etmək yaradılmışa vacibdir.

2. Ağıl baxımından qeyri zəruri olanlara göstəriş verən hökmlər. Yəni onlara riayət etmək daha bəyənilən və məqbuldur. Bu kimi əməlləri tərk etmək (ki, terminoloji cəhətdən “Tərki ovla” (yaxşını tərk) adlanır) günaha səbəb olmadığından peyğəm-bərlərin isməti ilə heç bir ziddiyyət təşkil etməz. Məsələn: həkim xəstəyə məsləhət görür ki, filan qidanı qəbul etməsin. Həkimin bu anda verdiyi göstəriş bir qanuni məsuliyyət gətirməz. Necə ki, xəstə həkimin sözünə əməl etmədiyi təqdirdə onu cəzalan-dırmazlar. Xəstənin əməl etməməsi sadəcə onun sağalmasına əngəl olar və təkcə onun üçün ziyanvericidir. Bu göstərişə riayət etməyin hansı dərəcədə zəruri olması həkimin verdiyi göstərişin xəstəyə bağışladığı mənfi təsirin dərəcəsindən aslıdır.

 

 

Günahın mənası

Günah kəlməsi sonu pis nəticələnəcək xoşagəlməz əməllərə deyilir. Quranda “günah” kəlməsi bir çox mənalarda işlənmişdir. Kəlmənin lüğəti anlamını araşdıran alimlərin qənaətinə görə də sözdə işlənən hər günah sözünü şəri günahla eyniləşdirərək bir kəsi günahkar olmasını isbat etmək olmaz. Peyğəmbərlərin barəsində nisbət verilən günahın nə olduğu barədə nəqli və əqli dəlillər mövcuddur.

Günah kəlməsinin verdiyi müxtəlif anlamlara nəzər salaq:

A)        Fiqh baxımından günah

Fiqh baxımından günah Allahın zəruri hökmlərinə qarşı davranmaq – vacib bir əməli tərk və ya haram olana əməl etməkdən ibarətdir. İlahi peyğəmbərlər əqli və nəqli dəlillərə əsasən belə iş görməmişlər. Qurani-Kərim də onlara bu növ günah nisbəti verməmişdir.

 

B)        Məqama yaraşmayan günah

Bu günahdan məqsəd harama əməl və vacibi tərk deyil, bəlkə “tərki ovla”, edərək onların şəxsiyyətinə yaraşmayan bir əmələ düçar olmaqdır. Bu hal bəzi peyğəmbərlərdə çox nadir hallarda baş vermişdir. Qurani-Kərimdə peyğəmbərlərin (ə) barəsində sözü gedən günah həmin elə bu növ günahdır.

Bəzən peyğəmbərlərdən bəzisi ani qəflət və diqqətsizlik ucbatından onların uca məqamına münasib olmayan bir əməli yerinə yetirmişlər. Bununla da adi insanlardan fərqli intizarı olan Allah-taala tərəfindən onlar etirazla qarşılanmışlar. Həqiqətdə onlar mühüm əmri pozmasalar da onlara yaraşmayan bir işi gördüklərindən dolayı onlara Allah günah nisbəti vermişdir. Lakin öncə dediyimiz kimi bu əməl onların məsumluqlarına heç bir xələl gətirməmişdir.

 

 

 

sualcavab.ge

 

 

 

 

 

 


more post like this