Qurani-kərimdə adları qeyd edilən peyğəmbərlərimizin hər biri bir və ya bir neçə dünya işi ilə məşğul olmuş, dünya güzanclarını bu yolla tədarük etmişlər. Beləcə bu yolla insanlara gözəl və faydalı peşələri öyrətmiş, həm də onları boyun bükməkdən qurtarmışlar. Bundan əlavə də tövhid əqidəsini çəkinmədən müdafiə etmişlər. Belə isə, Quranda adı çəkilən bəzi peyğəmbərlərin hansı peşəyə sahib olduqlarını bilirsinizmi?

 

Hz. Adəm (ə) ilk əkinçilik mühəndisi və cütçü olub.

 

Hz. Şis (ə) həllac (yunçu), ipəkçi, nəssac- toxucu, hörücü və parça sənayesinin ilk qurucusu olub.

 

Hz. İdris (ə) iynəni ilk icad edən, ona dəlik açan, iplik keçirtdiyi üçün dərzilərin banisi hesab edilir. O həm də yazıçı idi.

 

Hz. Nuh (ə) dülgərlərin – gəmiçilərin – dənizçilərin təsisçisi idi.

 

Hz. Hud (ə) tacir idi, tacirlərin seyyidi hesab edilir.

 

Hz. Saleh (ə) sürü ilə dəvə saxlayırdı, südündən içər, həm də satıb dünyasını təmin edərdi. Salehin (ə) dəvəsi məşhurdur.

 

Hz. İbrahim (ə) Kəbə evini inşa etməklə Hz. Süleyman (ə) və Memar Sənana öndərlik etmişdir. O Hələbdə südçü də olub.

 

Hz. Lut (ə) tarixçi, səyyah idi. O həm də heyvan saxlayırdı.

 

Hz. İsmayıl (ə) quru və dəniz ovçuluğu ilə güzəranını keçirirdi. 70 dil bilir, ovçu və tərcüməçilərin piri sayılır.

 

Hz. İshaq (ə), Hz. Yəqub çoban idilər.

 

Hz. Yusif (ə) saatı ilk icad edən, torpaq məhsulları ofisini təsis edən, bolluq zamanında anbarlaşdırıb, qıtlıq zamanı xalqa paylamağı düşünən peyğəmbər idi.

 

Hz. Əyyub (ə) əkinçi idi.

 

Hz. Şüəyb (ə) əkinçi idi. O həm də ferma sahibi idi.

 

Hz. Musa (ə) çobanlıq etmiş və Hz. Şüəybə (ə) xidmət göstərmişdir.

 

Hz. Harun vəzir idi.

 

Hz. Davud (ə) dəmirlə işləyən, zireh düzəldən və davamlı ordu qurucusu olub, Calutun ordusunu məğlub edən komandan olub. Həm də hökmdar olub.

 

Hz. Süleyman (ə) əmir, hökmdar idi. İncə qamışlardan zənbil toxuyardı.

 

Hz. Zülkifl (ə) çörəkçi idi.

 

Hz. İlyas (ə) toxucu və sapçıların piri idi.

 

Hz. Yunus (ə) balıq tutmaqla dolanırdı.

 

Hz. Üzeyir (ə) bağban idi. Meyvə ağaclarını ilk dəfə aşılayan , fidan yetişdirən (calaq edən), budama işlərini insanlara öyrətmişdir.

 

Hz. Yeremiya cərrah idi.

 

Hz. Danyal nücum, yuxuyozma elminə malik idi.

 

Hz. Loğman həkimlik və əczaçılıq sənətinin piridir.

 

Hz. Zəkəriyyə dülgər idi. O, həm də məbəd qulluqçusu idi.

 

Hz. İsa (ə) dülgər, həm də dünyanı tərk etmiş bir səyyah idi.

 

Hz. Məhəmməd (s) kiçik yaşlarından çobanlıq etmiş daha sonra ticarətlə məşğul olmuş və cihadla məşğul olmuşdur. Cihad illərindən vəfatına qədər dövlət başçısı olmuşdur.

 

 

 

Topladı: Fərid Abdullah

Türk mənbələrinə əsasən

quranevi.az

sualcavab.ge

 

 


more post like this