Bir yəhudi şəxs peyğəmbərdən sual soruşur. Peyğəmbər (s) cavabında: sabah gəl, cavabını söyləyərəm, deyir. Lakin ertəsi gün peyğəmbərə (s) vəhy nazil olmur və xəbər bir neçə gün gecikir. Vəhyin bu qədər gecikməsinə səbəb cavab verəcəyini vəd edərkən inşallah sözünü unutmağından irəli gəlir. Bu hərəkətilə peyğəmbər (s) cavabın sanki özü tərəfindən olacaqmış kimi davranmış, bu kiçik və gizlin şirkə səbəb olmurmu?

Bu ayənin nazil olma səbəbi qısa olaraq belədir:

Qüreyş başçılarından bir qrupu peyğəmbəri (s) sınasınlar deyə adamlarından iki nəfərini Mədinənin yəhudi alimlərinin yanına göndərirlər ki, onlar görsünlər keçmiş kitablarda bu haqda bir şey nazil olub, yoxsa yox. Bu məqsədlə onlar Mədinəyə gəlir yəhudi alimləri ilə görüşür Qüreyş başçılarının sözünü çatdlrırlar. Yəhudi alimləri cavabında onlara deyir: «Siz gedin Həzrət Muhəmməddən (s) üç məsələ barəsində soruşun. Əgər suallara qaneedici cavab versə, deməli Allah tərəfindən onun peyğəmbər olması haqdır, yox əgər cavab verə bilməsə o yalançıdır və siz hər nə istəsəniz onun qarşısını almaq üçün ölçü götürə bilərsiniz.

Ondan sual edin, yaxın keçmiş zamanda öz tayfasından ayrılan bir qrup cavanın dastanı necə olur? Yer kürəsini dolanıb, dünyanın şərqindən qərbinə qədər səfər edənin hekayəsi necədir? Və habelə soruşun ruhun həqiqəti nədir? Bu sualları qeyd edən qüreyşlilər Məkkəyə qayıdıb Qüreyş başçılarına Peyğəmbəri (s) sınamaq yolunu dedilər. Və başlarına gələn əhvalatı təfsilatı ilə anlatdıqdan sonra Peyğəmbərin (s) yanına gedib həmin sualı ona verdilər. Peyğəmbər (s) onların cavabında buyurdu: sualınızın cavabını sabah verəcəm (bu arada inşallah söyləmədi). Nəhayət, beş gündən sonra Allah tərəfindən vəhy nazil oldu cavabları Peyğəmbərə (s) söylədi. Cavabın bu qədər gecikməsi Peyğəmbərə (s) təəccüblü gəldi. Sonra Cəbrail (ə) nazil oldu və Allah tərəfindən həmin cavanlar haqqında və dünyanı dolanan barəsində bəhs edən «Kəhf» surəsini və ruh haqqında olan ayəni Peyğəmbərə (s) nazil etdi. Peyğəmbər (s) cavabın bu qədər gecikməsinin səbəbini Cəbraildən (ə) soruşdu.

Cəbrail (ə) cavabında: Mən yalnız Allahın əmri ilə nazil oluram. Onu da qeyd etməliyik ki, verilən sualların ikisinin də cavabı bu ayədə gəlmişdir. Amma ruh barəsində olan ayə «Bəni israil» surəsində gəlmişdir. Belə hadisələr Qurani-Kərimdə çox nadir hallarda baş vermişdir ki, bir mövzu haqqında nazil olan ayə başqa bir surənin içərisində qeyd olunsun.

 

İndi isə tutulan iradın yanlış olduğunu nəzərinizə çatdırırıq:

a)         İnşallah kəlməsini dilə gətirməmək gizlin şirk hesab olunmaz. Bu o zaman gizlin şirk olardı ki, bir şəxs müəyyən bir işi görməsində özünü müstəqil bilsin. Amma əgər bir şəxs Allah qarşısında özünün və ya başqasının müstəqil olmadığı etiqadındadırsa, dilinə inşallah kəlməsini gətirməsə də belə heç bir şirkə düçar olmaz. İslam peyğəmbəri ona görə bu sualın cavabını yubatmışdır ki, Allahdan vəhy gözləyirdi. Onun bu hərəkəti müstəqil olmayıb Allaha arxalanmağından xəbər verirdi.

b)         Qurani-Kərim bəzi peyğəmbərlərin əməllərini onlara aid olduğunu deyir. Bunu da Feli-tovhidə zidd bilmir. Necə ki, peyğəmbərə xitabən buyurur:

«… فَقُلْ لى عَمَلى وَ لَكُمْ عَمَلُكُمْ…» ؛

De: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Mənim etdiyim əməllərin sizə, sizin etdiyiniz əməllərin mənə heç bir dəxli yoxdur!” (Yunis surəsi, 41-ci ayə)

Başqa ayədə isə oxuyuruq:

«وَ يَسْئَلُونَكَ عَنْ ذِى الْقَرْنَيْنِ قُلْ سَأَتْلُوا عَلَيْكُمْ مِنْهُ ذِكْراً»؛

(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!” (Kəhf surəsi, 83-cü ayə)

c. Sözü gedən surənin nazil olma səbəbi barədə müxtəlif fikirlər mövcuddur. Buna görə də onun tam necəliyi məlum deyildir.

 

d. Əllamə Təbatəbai «Kəhf» surəsinin 63-cü ayəsinin təfsirində qeyd etmişdir ki, belə unutqanlıq günaha səbəb olmayana qədər ismətə xələl gətirməz.

 

 

sualcavab.ge

 


more post like this