Peyğəmbəri-Əkrəm (s) hər birimiz üçün örnək və nümunədir. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Allah Peyğəmbəri (s) bizim üçün örnək qərar vermişdir və bizim də onun kimi olmağımızı istəyir. Əlbəttə də ki, biz Peyğəmbər (s) kimi ola bilmərik, ancaq ən azından onun rəftar və əməllərini özümüzə nümunə kimi seçə bilərik. Peyğəmbər (s) həmişə düz danışardı, biz də bunu etməyə çalışaq. Peyğəmbər (s) əmin idi və biz də onun kimi olmağa çalışaq. Peyğəmbər (s) xüsusi halla namaz qılardı, biz də onun kimi qılmağa çalışaq. (Tebyan)

Həzrət Peyğəmbər (s) həmişə təmiz olardı.

Həzrət Peyğəmbərin (s) həm bədəni və həm də paltarı həmişə təmiz olardı. Çünki Allah gözəldir və gəzəlliyi sevir. Allah gözəlliyi bəndələri üçün də bəyənir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah çirkli olmağı düşmən bilir”.

Dişləri fırçalamaq.

Dişlərin təmiz olması – insan sağlamlığının mühüm amillərindəndir. Allah dişləri təmiz saxlamağı bizə əmr etmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Allah tərəfindən misvak etməyə o qədər əmr almışam ki, qorxmuşam mənə vacib olar”.

Həzrət (s) dişlərinin təmizliyinə xüsusi diqqət edərdi. Mübarək dişləri həmişə təmiz və ağ olardı. Dostlarını da bu işə təşviq edərdi. O, həmişə yatmazdan əvvəl dişlərini misvak edərdi. Yuxudan duran zaman da bu işi görərdi.

Ətirlənmək.

Xoş ətir vurmaq – ruhu şadlandırar. Ətirlənmək başqalarına da müsbət təsir qoyar. Əksinə isə pis iy başqalarının əziyyətinə səbəb olar. Peyğəmbər (s) daima xoş ətirlərdən istifadə edərdi. İmam Sadiq (ə) nəql edir ki, Həzrət (s) yeməkdən çox ətirə pul xərcləyərdi.

Gigiyenasına riayət edərdi.

Bədənin yuyulması, paltarın təmizliyi, dırnaqların tutulması insanın sağlam olmasına xidmət edər. Həzrət Peyğəmbər (s) başını və bədənini sidrlə yuyardı. Peyğəmbər (s) hər cümə günü dırnaqlarını tutar və saçlarını qısaldardı.

Yemək yemək.

Həzrət (s) heç bir zaman yeməyə qarşı həris olmamışdı. Çox yeməkdən həmişə çəkinərdi. O, buyurur: “Ey Əbuzər! Cəbrayil (ə) dünyanın xəzinəsini mənim üçün gətirmişdir. O, demişdi: “Ey Muhəmməd! Bunlar dünyanın xəzinələrinin açarıdır. Onlardan bəhrələnə bilərsən. Bu zaman məqamından və axirət nemətlərindən bir şey əsgilməz”. Ancaq mən dedim: “Ey Cəbrayil! Mənim buna ehtiyacım yoxdur. Nə zaman tox olsam, Allaha şükür edərəm, nə zaman ac olsam Ondan istəyərəm””.

Pambıq paltar geyinmək.

Həzrət Peyğəmbər (s) pambıq paltara çox meyl göstərərdi. İmam Əli (ə) buyurur: “Pambıq paltarlar geyinin. Çünki Allah Peyğəmbərinin (s) paltarıdır”. Nə zaman paltar geyinsəydi, sağ tərəfdən geyinərdi. Çıxardan zaman isə sol tərəfdən çıxardardı. Köhnə paltarlarını yoxsullara verərdi.

Namaza olan sevgi.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbazər! Allah gözümün nurunu namazda qərar vermiş və onu mənim məbubum etmişdir. Necə ki, yeməyi aclara və suyu susyzlara məhbub etmişdir. Ac insan yemək yeyərək, susuz insan su içərək doyar. Ancaq mən namaz qılmaqdan doymuram”.

Quran qiraəti.

Həzrət Peyğəmbər (s) müstəhəblərini qiraət etməmiş yatmazdı. O, buyurardı: “Bu surələrdə ayə vardır ki, min ayədən də üstündür”. Deyirlər: “Hansı surələr?”. Buyurur: “Hədid”, “Həşr”, “Səff”, “Cümə”, “Təğabun”. Deyerler.org

 

 

 

sualcavab.ge

 

 


more post like this