Peyğəmbər (s) Əhli-beytini Nuhun gəmisinə oxşatmışdır.
Əba Zərr buyurur: Mən özüm Peyğəmbərdən (s) eşitdim. O həzrət buyururdu: “Mənim Əhli-beytim eynilə Nuhun gəmisinə bənzəyir. Gəmiyə minən nicat tapacaq, ondan uzaqlaşan isə məhv olacaqdır.”
Bu hədis “Səhih-Müslim”- də “Səhih-Buxari”- də və “Kənzül-ümmal”-da nəql olunub.
Bir hədisdə Əbu Hüreyrə deyir: Peyğəmbər (s) buyurdu: “Biz nicat gəmisiyik. Bu gəmiyə minən nicat tapar. Bu nicat gəmisindən uzaqlaşan isə təhlükəyə düşüb həlak olar. Allah məhzərində bir hacəti olan insan (istəyi olan insan) biz əhli-beyti vasitə edib öz istəyini Allahdan istəsin.”
“Bəşarətül-Müstəfa”da nəql olunur ki, Əli (ə) Kumeylə belə buyurdu: Ya Kumeyl, Ramazan ayının on beşinci günü Peyğəmbər (s) mənbərə çıxıb üzünü mənə tutaraq dedi: “Əli və Əlidən olan pak-pakizə oğlanlar məndən, mən də onlardanam. O uşaqlar yer üzündə hamıdan pakdırlar, onlar nicat qapısı və nicat gəmisidirlər. Bu gəmiyə minən və bu qapıdan daxil olanlar nicat taparlar, uzaq düşənlər isə həlak olarlar. Ondan sonra Həzrət buyurdu: Nicat tapanlar Cənnətdə olarlar. Əks-təqdirdə isə oda düşərlər.”
Peyğəmbər (s) Əhli-beyti Beytül-Müqəddəsin “hittə” qapısına bənzədir.
O qapıdan daxil olanlar bağışlanacaq, daxil olmayanlar isə bağışlanmayacaq.
Bu hədis “Əs-Səvaiqul muhriqə” kitabının 152-ci səhifəsində gəlib ki,. Peyğəmbər buyurur: “Mənim Əhli-beytim sizin aranızda sanki, hittə qapısıdır. Allah Bəni-İsrailə buyurdu ki, əgər hittə qapısından daxil olsanız, sizi bağışlayaram. Mənim də ümmətimdən hər kəs islama Əhli-beytimin tərəfindən daxil olsa, onu bağışlayaram. Allaha yaxınlaşmaq istəyən bu qapıdan keçsin.”
Yenə Peyğəmbər (s) buyurur: “Məndən sonra imamlar 12 nəfərdir. Onların doqquzu Hüseynin (ə) nəslindəndir. Doqquzuncusu “Qaim” adlanacaq.”
Səhabələrdən olan Əbu Səid Xidri deyir: Bir gün Peyğəmbər (s) gəlib namaza başladı. Biz də onunla namaz qıldıq. Zöhr namazını qıldıqdan sonra möhtərəm Peyğəmbər (s) üzünü bizə tərəf tutub kəramətlə buyurdu: “Ey mənim səhabələrim mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisi kimdir və eləcə də Bəni-İsraildəki hittə qapısı kimidir. Məndən sonra onların ətəyindən yapışın. Onlar mənim zürriyyəmdən olan raşidi (hidayətçi) imamlardır Əgər belə etsənisz, siz yolunuzu heç vaxt azmayacaqsınız”. Bir nəfər Peyğəmbərdən soruşdu: Ya rəsulullah! Səndən sonra imamların sayı neçə nəfər olacaqdır? “Onlar mənim Əhli-beytimdən olan on iki nəfərdir”-deyə cavab verdi.
Digər bir hədisdə Peyğəmbər (s) Əhli-beyti Kəbəyə bənzədərək buyurur: “Ya Əli siz (Əhli beytin) misalı Allah evinin (Kəbənin) misalı kimidir (Siz Kəbə kimisiniz). Sizə məhəbbət bəsləmək Məscidül-hərama daxil olmaq kimidir. Sizi sevib məhəbbət bəsləyənlər və sizi özünə ağa hesab bilənlər (Kəbəyə daxil olub amanda qalan kimi) əzabdan xilas olmuş olarlar. Amma sizə qarşı kin bəsləyib, ədavət edənləri Allah oda atacaqdır. Ya Əli, imkan və qüdrəti olan kəsə Allah həcci vacib etmişdir. O, xəstə və imkanı olmayanların üzrünü qəbul edər. Amma sənin məhəbbətinlə bağlı Allah nə fəqirdən, nə xəstədən, nə sağlamdan, nə kordan, nədə ki, gözlüdən üzr qəbul etməyəcək.”
Başqa bir hədisində Peyğəmbər (s) Əhli-beytini göyün üzündəki ulduzlara bənzədir. “Göyün üzündə olan ulduzlar yerdə yaşayan insanlara yol göstərib hidayət etdiyi kimi, mənim Əhli-beytim də yolunu azmışları hidayət edər”.
İbni Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Göy ulduzları insanlarını yollarını azmasınlarından amanda saxladığı kimi mənim əhli beytimdə ümmətimi ixtilafa düşməkdən amanda saxlayır. Ərəblərdən onlara qarşı çıxıb ixtilaf yaratdıqları zaman İblisin dəstəsinə çevrilərlər.” Bu hədis də “Səhihi Müslüm” və “Səhihi Buxari”-dəndir.
Başqa bir hədisdə Salman, Əba Zərr, Miqdad və Əli (ə) nəql edirlər: “Həzrət buyurdu ki, mənim Əhli-beytim ümmətimin içində səmanın ulduzları kimidir.” Beləki, göydə bir ulduz batdıqda digər ulduz onun yerini tutur. Bunlar da belədir, biri dünyasını dəyişdikdə, digəri onun yerində oturur. Onlar hidayət edən imamlardır. Özləri isə hidayət olunmuşlardır. Bunlara qarşı olan kinin onlara heç bir ziyanı yoxdur. Əksinə burada ziyana, kin bəsləyənlərin özləri düşər.”
“Onlar yer üzərində Allahın höccəti və Allah tərəfindən şahiddirlər. Əhli-beytə itaət edən sanki, Allaha itaət etmişdir. Onlara itaət etməyənlər isə sanki, Allaha itaətsizlik göstərmişlər. Onlar həmişə Quranla, Quranda onlarladır. Qiyamətə qədər onlar bir-birindən ayrılmayacaqlar. Onların əvvəli qardaşım Əli (ə), sonra oğlum Həsən (ə), sonra isə oğlum Hüseyn (ə)-dır. Qalan doqquzu isə Hüseyn (ə)-ın nəslindən olan imamlardır”.
Peyğəmbər (s) onları bədəndə olan başa və başda olan iki gözə bənzədib.
Peyğəmbər (s) buyurub: “Ey mənim ümmətim! Baş insan bədənində və eləcə də iki göz başda mühüm üzvlər olduğu kimi, mənim Əhli-beytimi öz aranızda baş və başda olan iki göz kimidir qərar verin. Belə ki, başsız bədən hərəkət edə bilmədiyi kimi, gözsüz başda öz hərəkət istiqamətini tapa bilməz.”
Həzrət burada demək istəyir ki, mən sizə bildirdim ki, mənim Əhli-beytim Nuhun gəmisi kimi, Beytül-müqəddəsin hittə qapısı, göyün ulduzları və başda olan iki göz kimidir. Bir söz də əlavə edim ki, Əhli-beyti olduğu kimi tanımağa çalışan və tanıyanın əməlinin dəyəri çox böyükdür. Allah kimə Əhli-beyti tanıyıb, onların vilayətini başa düşmək neməti veribsə, demək, Allah xeyrin hamısını ona əta etmişdir.
Bu hədisi Miqdad nəql edir. Peyğəmbər (s) buyurdu: “Peyğəmbərin Əhli-beytini tanıyan oddan bəraət qazanıb. Onların məhəbbətini ürəyinə salanlar sirat körpüsünə vəsiqə qazanar. Əhli-beytin vilayətini qəbul edənlər əzabdan xilas olar.”
İnsanlar dərk etməlidir ki, niyə görə məhərrəm ayı yığılıb İmam Hüseynə (s) əza saxlayarlar.
Hüseyn İbn Əli (ə) Əhli-beytdən biridir. Hüseyn (ə) Peyğəmbərin (s) qucağının zinətidir, Hüseyn (ə) Peyğəmbərlə (s) birgə Mədinənin mənbərdə oturandır, Hüseyn Peyğəmbər (s) namaz qılarkən onun çiyinlərində oturan balasıdır.
Ummü Sələmə deyir: “Mən Hüseyni Peyğəmbərin (s) çiyinlərindən götürmək istəyərkən onun acığı gələrdi və deyərdi ki, dəymə, qoy özü nə vaxt istəsə, onda düşsün.”
Hüseyn o kəsdir ki, Peyğəmbər (s) onun dodaqlarından öpə-öpə ağlayırdı. Soruşanda ki, ya Peyğəmbər, niyə ağlayırsan? Deyirdi ki, gördüyüm günlərə ağlayıram.
Kitаbın аdı: Əhli-Beytin məqamı
Müәllif: Seyid Əliəkbər Ocaq Nejad


more post like this