500. Peşə

1519. Allahın Peyğəmbəri (s):«Allah-taala mömin, öz peşəsinin ustası olan və işləyən bəndəni sevir.»[1]

1520. «Əl-xisal»:«Allahın Rəsulu (s) bir kimsəyə baxanda və ondan xoşu gələndə buyurardı:«Peşəsi də varmı?» Əgər «xeyr» desəydilər buyurardı:«Gözümdən düşdü» Ərz edərdilər:«Niyə, ey Allahın Rəsulu?» Buyurardı:«Əgər möminin bir peşəsi və məşğuliyyəti olmazsa öz dinini dolanışıq vasitəsinə çevirəcək»[2].

1521. İmam Əli (ə):«Ticarətlə məşğul olun ki, sizi xalqın malından ehtiyacsız edər və Allah-taala peşəkar, işində düz olan bəndəni sevər»[3].

1522. «Müstədrəkul-Vəsail»:«İmam Sadiq (ə) səhabələrin birindən peşəsi barəsində soruşdu. Səhabə ərz etdi ki,  «sənə fəda olum, mən ticarətdən kənara çəkilmişəm». Buyurdu:«Niyə?» Ərz etdi:«Bu işin baş verməsini (sizin hökumətinizin qurulmasını) gözləyirəm.» 0 Həzrət (ə) buyurdu:«Bu sizdən gözlənilməyən bir hərəkətdir, (çünki) sərvətiniz əldən gedir. Ticarətdən əl çəkmə, Allahın fəzilət və bərəkətini axtar, dükanını aç, mallarını doldur, işini genişləndir və Allahdan ruzi istə.»[4]

 

501.Allahın hizbi

Quran:

« Allah, Onun peyğəmbəri və möminlərlə dostluq edən kəs bilsin ki, Allahın hizbi qalibdir.»[5]

Hədis:      

1523. İmam Əli (ə):«Allahın qalib hizbindən olmaq istəyirsənmi? Böyük Allahdan qorx və bütün işlərini yaxşı gör. Çünki, Allah-taala təqvalılar və əməli saleh insanlarla birgədir.»[6]

 

1524. İmam Sadiq (ə):«Biz və bizim şiələr Allahın hizbiyik, Allahın hizbi

isə qalibdir.»[7]

502. Şeytanın hizbi

Quran:

«Şeytan onlara qalib gəlmiş və Allahın adını yadlarından çıxarmışdır. Onlar şeytanın hizbindəndir. Bilin ki, şeytanın hizbi ziyana uğrayanlardır.»[8]

Hədis

1525. İmam Əli (ə):«Ey insanlar! Bütün fitnə-fəsadlar yalnız sizin öz nəfsani istəklərinizə tabe olmağınızdan başlayır…  Əgər haqq xalis və yekdil olsaydı heç bir ixtilaf meydana gəlməzdi. Amma bir az haqqdan və bir ovuc da batildən götürülüb bir-biri ilə qarışdırılıb. Şeytan burada öz dostlarına qalib gəlir. Ancaq, Allahın ehsan və lütfü əvvəlcədən hallarına şamil olanlar nicat taparlar.» [9]

1526. İmam Əlinin (ə) münafiqləri təsvir etdiyi xütbəsindən:«Onlar şeytan dəstəsi və Cəhənnəm alovunun şöləsidir. Onlar şeytanın qoşunudur. Bilin ki, şeytana tabe olanlar məğlublar və ziyana uğrayanlardır.»[10]

 

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 



[1] Kənzul-Ummal, hədis 9199

[2] Camiul-Əxbar, səh.390, hədis1084

[3] əl-Xisal, səh.621, hədis10

[4] Mustədrəkul-Vəsail, c.13, səh.10, hədis 14578

[5] Maidə, ayə 56

[6]Ğurərul-Hikəm, hədis 2828

[7] ət-Tohid,səh.166, , hədis1

[8] Mücadilə, ayə 19

[9] əl-Kafi, c1, səh.54, hədis 1

[10] Nəhcül-Bəlağə, xütbə 194


more post like this