Cavab: İnsan bəzən hansısa bir dini əməli kor-təbii həyata keçirir. İcra etdiyi əməlin əhəmiyyətinin fərqinə varmır. Beləsi yalnız kimdənsə eşitdiyi, lakin tədiqiat aparmadığı, dəyərəni anlamdığı bir ideologiyaya xidmət edir. Yəni, Allaha ibadət edir, lakin Allahın əzəmətini dərk etmir, ibadətin həqiqətindən xəbərsizdir. Bütün bunlara baxmayaraq, üzürlü səbəblərə görə Ona belə ibadət edənlərin ibadətini Allah qəbul edər. Lakin Allah üçün belə ibadtlər çox da önəm daşımır. Amma bəziləri də vardır ki, Uca Allahını dərk edib, vəzifəsinin Ona ibadət etmək olduğunun fərqindədir. O, Allaha mərifət, ruh yüksəkliyi ilə ibadət edir. Belə bir şəxs kiminsə təsirinə düşüb ibadət etmir. Möhkəm dəlillər, dərin təfəkkürü sayəsində Allaha tapınıb və Ona ibadət edir. Uyğun hədisdə elm bu mənadadır. Hədisdə təfsir, üsul, fiqh və s. kimi konkret elmlər nəzərdə tutulmayıb. Düzdür, onların insanın dünyagörüşünün formalaşmasında böyük təsiri var. Lakin onlar kafi deyil.


more post like this