“İslam mədəniyyətinin paytaxtı” Bakı şəhərində aprel ayının 21də “Qurani-Kərim” kitablarının sərgisi işə başladı.
PAYTAXTDA “QURANİ-KƏRİM” SƏRGİSİ “Şəms” Qadınlar Birliyinin təşkilatçılığı ilə açılmış sərgidə müxtəlif şəxslərdən yığılmış 200-ə yaxın qədim əlyazma və müasir texnologiya vasitəsilə çap olunmuş “Quran” və ona aid bir neçə dəyərli əsərin nümayişi Şirvanşahlar Sarayında keçirildi.
Milli mənəviyyatımızın formalaşmasında yüksək təsirə malik QURANİ-KƏRİMə aid bu sərgidə vaxtilə Komunist rejiminin qorxusundan divarlar arasında, quyuda və başqa məkanlarda gizlədilmiş qiymətli və nadir Quran nüsxələri nümayiş etdirildi.

IslamTimes
Redaksiya ilə əlaqə ünvanı: [email protected]

islamtimes.org


more post like this