526. Paxıllıq

Quran:

«Paxılın həsəd çəkən zaman şərrindən və zərərindən (Allaha pənah aparıram).»[1]

Hədis

1600. Allahın Peyğəmbəri (s) :«Allah-taala Musa ibn İmrana (ə) buyurmuşdur:«Həqiqətən, paxıl olan şəxs mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə e‘tiraz edəndir.»[2]

1601. İmam Əli (ə) :«Paxıllıq ruhun zindanıdır.»[3]

1602. İmam Əli (ə) :«Paxıllıq ən pis xəstəlikdir.»[4]

1603. İmam Əli (ə) :«Paxıllıq alçaqlıqların başıdır.»[5]

1604. İmam Əli (ə) :«Afərin paxıllığa! Nə ədalətli peşədir! Hamıdan əvvəl öz sahibini öldürər.»[6]

1605. İmam Əli(ə):«Paxıllığın səmərəsi dünya və axirətdə bədbəxtlikdir.»[7]

1606. İmam Əli (ə) :«Paxıl paxıllığını çəkdiyi şəxsin nemətini itirməsini özü üçün nemət bilər.»[8]

1607.İmam Əli (ə) :«Məzluma paxıl qədər bənzəyən zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəmi daimidir.»[9]

1608. İmam Əli (ə) :«Paxılın (öz paxıllığından) çəkdiyi ona bəsdir.»[10]

1609. İmam Əli (ə) :«Paxıl çox təssüflənər və günahları ikiqat artar.»[11]

1610. İmam Əli (ə) :«Paxıl ağalıq etməz.»[12]

 

 

 

527. Hər bir dövlətlinin paxıllığını çəkərlər

1611. Allahın Peyğəmbəri (s):«Öz ehtiyaclarınızı ödəməkdə məxfilikdən kömək alın, çünki, hər bir nemət sahibinə həsəd apararlar.»[13]

 

528. Paxıllıq iman.

1612. İmam Baqir (ə) :«Alov odunu yediyi kimi, paxıllıq da  imanı yeyər.»[14]

1613. İmam Sadiq (ə) : «Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü paxıllıqdır.»[15]

 

529. Paxılın nişanəsi.

1614. İmam Sadiq (ə) :«Loğman öz oğluna dedi: Paxılın üç nişanəsi var:  Adamın dalınca qeybət edər, üz-üzə olanda yaltaqlanar və başqalarının çətinliklərinə şad olar.»[16]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Fələq, ayə 5

[2] əl-Kafi, c2, səh.307, hədis 6

[3] Gurərul-Hikəm, hədis 372. 332. 5242

[4] Gurərul-Hikəm, hədis 332

[5] Gurərul-Hikəm, hədis 5242

[6] Şərhi Nəhcül-Bəlağə, c.1, səh.316

[7] Gurərul-Hikəm, hədis 4632

[8] Gurərul-Hikəm, hədis 1832

[9] Biharul-Ənvar, c.73, səh.256, hədis 29

[10] Mustədrəkul-Vəsail, c12, səh.17, hədis 13388

[11] Gurərul-Hikəm, hədis 1520

[12] Gurərul-Hikəm, hədis 1017

[13] Şərhe Nəhcül-Bəlağə, c.1, səh.306

[14] əl-Kafi, c.2, səh.306, hədis 1

[15] əl-Kafi, c.8, səh.8, hədis 1

[16] əl-Xisal, səh.121, hədis 113


more post like this