Cavab: Mütəvvəkil imam Hadi (əleyhissalam)-ı başqalarının nəzərindən salmaq və öz yaxınlarının yanında xəcalətli etmək üçün çox fərasətli sehrkar və göz bağlayıcı olan bir şəxsi dəvət edib ona dedi: Əgər Hadini cəmiyyət içində xəcalətli etsən sənə min qızıl mükafat verəcəyəm. Məğrur Mütəvəkkil o sehrbazın göstərişi ilə müxtəlif yeməklərlə dolu olan bir süfrə açıb o dövrün böyük və hörmətli şəxsiyyətlərini dəvət etdi. Onların arasında imam Hadi (əleyhissalam) da var idi. Həzrət bu dəvətdə könülsüz iştirak edirdi. Qonaqlar yeməyə başlayanda imam Hadi (əleyhissalam) yanında olan çörəyi götürmək istədi. İmam əlini çörəyə tərəf uzadanda sehrbaz bir iş etdi, çörək başqa səmtə hərəkət etdi. imam başqa tikəyə əl uzadanda, yenə də çörək başqa bir tərəfə hərəkət etdi. Onların ətrafındakılar bu işə gülməyə başladılar. imam Hadi (əleyhissalam) hiylənin mahiyyətini bildiyi üçün Mütəvəkkilin başı üzərindəki şir şəklinə əl çəkib, buyurdu: Qalx və sehrbazı tut. Bu zaman şir şəkli həqiqi heyvana çevrilərək sehrbaza hucum etdi. Onu parçalayandan sonra şəkil kimi öz əvvəlki yerinə qayıtdı.
Mütəvəkkil o məclisdə o qədər vəhşətə gəlmişdi ki, qorxusundan bihuş olur. Məclisdə olanlar da qorxudan qaçdılar. Mütəvəkkil sonra imam Hadi (əleyhissalam)-ın əl-ayağına düşərək acizanə şəkildə istəyirdi ki, sehrbazı yenidən həyata qayıtsın. imam Hadi (əleyhissalam) ona dedi: “Bu iş olacaq deyil. Sən istəyirsən ki, Allahın düşmənləri Allahın övliyalarına qalib gəlsinlər.” [4782]
NUR-AZ.COM


more post like this