İslamtimes – “İsa (ə)ı romalılar xaça çəkib”.
IslamTimes
Müxbir :
Papa da yəhudilərə satıldı
Papa da yəhudilərə satıldı
islamtimes.org/az/ – Hamıya məlumdur ki, Xristian dininin müqəddəs kitabı olan Bibliyada (İncilin təhrif olunmuş forması) İsa peyğəmbərin xaça çəkilib öldürülməsi iddiası mövcuddur.

Kitabda həmçinin qeyd edilir ki, Məryəm oğlu İsa yəhudilər tərəfindən edam edilmişdir. Bibliyanın İoann, Matfey, Luka fəsllərində bu barədə geniş məlumat verilərək yəhudilər sərt formada tənqid edilir.

Dünyada baş verən hadisələr və yəhudilərin dünyanın bəzi ölkələrində hakim olmaları xristianları öz dini kitablarında növbəti təhriflər etməyə vadar edib.

Belə ki, mart ayının 2-də Roma Papası Benediktin “Nazaretli İsa və müqəddəs həftə” adlı kitabı dərc olunub. Papa müəllifi olduğu kitabda “İsa yəhudilər tərəfindən öldürülməyib. Onu romalılar xaça çəkib.” kimi iddia irəli sürüb.

Onun bu fikri bəzi Xristian ruhaniləri tərəfindən bir mənalı qarşılanmasa da sonunda Papanı nüfuzu onun bu iddiasına haqq qazandırıb.

Bu məqsədlə də bu gün İsrailin baş naziri Binyamin Netanyahu Papaya təşəkkür məktubu göndərib.

Məktubda deyilir: “ Çoxhörmətli Papa həzrətləri, mən bütün yəhudi xalqı adından sizə dərin minnətdarlığımı bildirirəm ki, iki min ilə yaxın bir müddət ərzində yəhudilərə qarşı yaranmış kin və nifrəti silib atdınız. Sizin bu mərdanə addımınız gələcəkdə Yəhudilərlə Xristianlar arasında möhkəm, qırılmaz bağlar yaradacaq”

Xatırladaq ki, İslam dini Həzrət İsa (ə) ın xaça çəkilmə inancını rədd edir.

http://www.islamtimes.org


more post like this