Cavab: İslam dini öz ardıcıllarını cəmiyyətin islahına çağırır. Ümumiyyətlə, müəyyən bir yola bağlanmış insan, fitri olaraq başqalarını da bu yolda görmək istəyir. Amma bu işdə heç də hamı müvəffəq deyildir.

Qurani-kərimdə «Allaha tərəf çağırın»-deyə əmr olunur və bu çağırışın proqramı təqdim olunur. «Fussilət» surəsinin 33-36-cı ayələrinə əsasən, təfsirçilər Allaha tərəf çağırışın dörd mərhələsini qeyd edirlər:

1. Dəvət edənlər iman və əməl baxımından özlərini islah etməlidirlər;

2. Pisliklər yaxışlıqla aradan qaldırılmalıdır;

3. Əxlaq qaydalarına əməl olunmalıdır;

4. Maneələr aradan qaldırılmalı, şeytanın vəsvəsələri ilə mübarizə aparılmalıdır.

«Nurus-səqəleyn»də oxuyuruq: «Allah-təala öz peyğəmbərinə buyurur ki, yaxşılıqla pislik eyni deyildir, pisliyi ən yaxşı üsulla aradan qaldır. Yəni sənə pislik edənlərə yaxşılıqla cavab ver. Bu halda düşmən səmimi dosta çevrilər» .

http://sualcavab.ge

 

 


more post like this