İnsan yaranmışların şərəflisi olduğuna diqqət etsə, çirkin əxlaq və günahdan qaçar. Özünü insan adlandıran varlıq heyvani hislərə necə təslim ola bilər?!

Həzrət Əli (ə) buyurur: “Özünü əziz tutan insan üçün şəhvətlər ləyaqətsiz görünür.”

İmam Səccadan (ə) soruşdular ki, ən dəyərli insan kimdir? Həzrət cavab verdi ki, ən dəyərli insan özünü dünyadan dəyərli biləndir.

Ruhani kəramətlərə diqqət özünütərbiyədə faydalıdır. İnsan özünə müraciət edə bilər ki, axı sən qüdsi gəlmisən, axı sən Allahın xəlifəsisən, axı sən əbədi həyat üçün yaranmısan, sənə heyvani hisslərə tabe olmaq yaraşırmır?!

Hər bir pis sifətdən qurtarmaq üçün onun ziddi olan gözəl sifəti gücləndirmək lazımdır. Əgər bir nəfərə qarşı paxıllıq hissi varsa, bu hissi boğmaq üçün həmin şəxsə ehtiram göstərib, ona yaxşılıq etmək lazımdır. Ümumiyyətlə, nəfsin çirkin istəklərinə “yox” deyib, tədricən onun kökünü qurtmaq lazımdır. Nəfsin xoşlamadığı yaxşı işlərə özünü məcbur etməklə yaxşılığa adət etmək gərəkdir.

Həzrət Əli (ə) buyurur: “Nəfsini yaxşı işlərə məcbur et”; “Nəfsini yaxşı işlərə adət etdir ki, axirətin abad olsun”; “Nəfsani şəhvətlər ölrürücü xəstəlikdir. Onun ən yaxşı dərmanı səbr və özünü saxlamaqdır”.

 

Müəllif: Məhəmməd Azəri

http://sualcavab.ge/


more post like this