Bəzilərinin fikrincə, övladlığa götürülmüş uşağa deyilməlidir ki, əsil valideynləri onu saxlamağa qadir olmayıblar. Guya həmin uşaq bilməlidir ki, hazırda ata-ana dediyi insanlar övlad həsrəti çəkdiklərindən onu övladlığa götürmüşlər. Mən bu fikirlə razılaşmıram. Çünki öz uşağınız olduqdan sonra götürülmüş uşaq qorxuya düşər ki, daha onu sevməyəcəksiniz.
Zənnimcə uşaq həqiqi övlad olmadığını bilməsə daha yaxşıdır. Gələcəkdə xoşagəlməz halların qarşısını almaq üçün uşaqda belə bir fikir formalaşdırın ki, sizin üçün bütün uşaqlar eynidir və siz onları böyük məhəbbətlə sevirsiniz.


more post like this