Atanın övlad üzərində olan haqqı

 

Allahın Peyğəmbəri (s) (Atanın övlad üzərində olan haqqı barədə suala cavabından): «Onu adı ilə çağırmasın, ondan qabağa düşüb getməsin, ondan qabaq əyləşməsin və ona söyüş qazanmasın.»

 

Kənzul Ummal: «Bir kişi Allahın Peyğəmbərinə (ə) ərz etdi: Atam mənim malımı mənimsəmək istəyir. Həzrət buyurdu: Sən və sənin malın atanın mülkiyyətisiniz.»

 

Övladın ata üzərində haqqı

 

Allahın Peyğəmbəri (s): «Bu üç şey də övladın ata üzərində haqqındandır: onunçun yaxşı bir ad seçsin, ona savad öyrətsin və yetkinlik yaşına çatdıqda onu evləndirsin.»

 

İmam Əli (ə): «Övladın ata üzərində olan haqqı budur ki, ona savad versin, üzgüçülüyü və ox atmağı öyrətsin, halaldan qeyri ruzi ilə xörəyini verməsin.»

 

İmam Sadiq (ə): «Övladın ata üzərində üç haqqı var: onunçun yaxşı bir ana seçmək, yaxşı ad qoymaq və ona tərbiyə verməyə çalışmaq.»

 

İmam Sadiq (ə): «Kişinin öz övladına yaxşılığı onun ata-anasına yaxşılığıdır.»

 

Övladı tərbiyələndirmək

 

Allahın Peyğəmbəri (s): «Öz övladınıza hörmət qoyun və onlara yaxşı tərbiyə verin.»

 

Allahın Peyğəmbəri (s): «Övladlarınızda bu üç xisləti tərbiyə edin: peyğəmbərlərini sevmək, onun əhli-beytini sevmək və Quran oxumaq.»

 

Allahın Peyğəmbəri (s): «Öz övladlarınıza üzgüçülüyü və ox atmağı öyrədin.»

 

Allahın Peyğəmbəri (s): «Övlad yeddi il ağa, yeddi il xidmətçi, yeddi il vəzir və köməkçi olar. İyirmi bir yaşa qədər ona etdiyin köməkdən razı olsan (verdiyin tərbiyənin nəticəsi olsa), nə yaxşı, yox əgər belə olmasa, onun çiyninə vur (artıq onu öz ixtiyarına burax), sən ona görə Allahın yanında üzrlüsən.»

 

İmam Əli (ə): «Öz övladınızı elm öyrənməyə vadar edin.»

 

İmam Əli (ə): «Öz uşaqlarınıza namaz qılmağı öyrədin. Yetkinlik yaşına çatdıqda namaza (tərk etməməsinə) görə onunla tələbkar olun.»

 

İmam Sadiq (ə): «Oğlan yeddi il oyun oynamalı, yeddi il savad öyrənməli və yeddi il halal-haramı öyrənməklə məşğul olmalıdır.»

http://sualcavab.ge


more post like this