Təcrübələr göstərir ki, yeni doğulmuş körpə öyrənməyə qadirdir. Əlbəttə ki, söhbət səthi bir işlərdən gedir. Körpə ətraf mühitə həssas olduğundan ötən hadisələri yadda saxlayır. Uşağın bu yaşda əldə etdiyi biliklər onun gələcəkdəki rəftarlarına çox təsir edir. Zənnimcə, körpəni doğulduğu gündən öyrətməyə başlamaq lazımdır. Əvvəlcə uşaq üçün onun hisslərini hərəkətə gətirəcək bir mühit yaratmaq lazımdır. Əgər belə bir mühit yaradılsa, onun yaddaşı daha da tutumlu olar. İlkin təlimlərdə müxtəlif oyuncaqların rolu böyükdür. Bu oyuncaqlar ilk əvvəllər hissləri hərəkətə gətirən əsas vasitədir. Uşaq böyüdükcə daha çox əşya ilə oynamaq və ətrafını tanımaq istəyir. O, əşyaları götürməyi, onlara toxunmağı, onları yerbəyer etməyi öyrənir. Bütün bunlar uşaq üçün dəyərli təcrübələrdir. İkinci il boyu hərəkətli oyuncaqlar uşağın diqqətini daha çox cəlb edir. O, öz ətrafındakıları hərəkətə gətirməyi öyrənir. Uşağın oyuncağa olan ehtiyacını ödəmək çətindir. Cazibədar oyuncaqlar olduqca bahadır. Amma uşaq evdəki müxtəlif əşyalara, o cümlədən, mətbəx ləvazimatlarına böyük maraq göstərir. İstənilən bir yeni predmet uşağın diqqətini cəlb edir. Amma oyucağı uşağın hansısa rəftarına görə mükafat kimi vermək olmaz. Uşaq verilən oyuncağı məhəbbət ölçüsü kimi qəbul etməməlidir.
Bəli, dil açmamış uşaq üçün ən gözəl təlim oyundır. Dil açmış uşaq isə Sual ardınca Sual verir. Suallarına qənaətbəxş cavab alan uşaq Suallarının sayını daha da artırır. Bir Suala bir neçə dəfə cavab verən valideynə elə görünə bilər ki, uşaq sadəcə Sual verməyə vərdişkar olmuşdur. Körpə valideyni danışdıra bilməsindən ləzzət alır. Düşünməyin ki, üç yaşlı körpə öz Sualları ilə sizə əzab vermək istəyir.
Bəzi valideynlər uşağı öyrənməyə məcbur edirlər. Onlar divardan əlifba yazılmış plakat asır, uşağın hərfləri əzbərləməsinə çalışırlar. Zənnimcə bu düzgün yol deyil və sizinlə övladınız arasındakı məhəbbət üçün təhlükəlidir. Uşağa bir şey öyrətmək istəyən valideyn aradakı məhəbbəti qorumalıdır


more post like this