Əgər həkim uşağınıza dərman yazsa, siz körpənizə xoşlamadığı bir şeyi qəbul etdirmək məcburiyyətində qalacaqsınız. Uşağa belə deyin: “Halının yaxşılaşması üçün həkim göstəriş verib ki, bu dərmanları qəbul edəsən.” Ona deməyin ki, bizə xatir dərmanları qəbul et və ya qəbul etsən sənə oyuncaq alacağam.
Uşağın dərman qəbul etməsi üçün ona hədiyyə verilməsi ilə razı deyiləm. Bu üsul körpəni gələcəkdə qarşılaşacağı çətinliklər qarşısında gücsüz edəsidir. Körpədə belə bir xasiyyət formalaşa bilər ki, çətinliyi yalnız hədiyyə ilə qəbul etmək olar. Əslində isə uşaq çətinliklərə vərdiş etməli və öz dözümlülüyündən ləzzət almalıdır. Əgər xahiş etsəniz ki, körpə sizə xatir dərman qəbul etsin, o sizin məhəbbətinizi itirəcəyindən qorxar və psixoloji zərbə alar. Əgər uşaq görsə ki, dərman atmaqla sizin məhəbbətinizi qazana bilir, öz xəstəliyindən sui-istifadə edər


more post like this