Uşaqlar məktəbə böyük həvəslə getsələr də, ilk dərs günləri onlar üçün bir o qədər də xoş keçmir. Uşağı məktəbə ciddi-cəhdlə hazırlasanız da, yenə də ilk dərs günü onun həyatına tarixi bir hadisə kimi düşəcək. Anadan ayrılıb yeni bir mühitdə yeni insanlarla yoldaş olmaq, doğrudan da əlamətdardır. Ona görə də əksər məktəblərdə ilk dərs günü valideynin uşaqla qalması tövsiyə olunur. Əslində uşaq məktəbə uyğunlaşana qədər valideynin ondan ayrılmaması məqsədə uyğundur.
Əgər uşaq əvvəlcədən elmi mühitlərdə iştirak etmişdirsə, o, məktəbə daha tez və daha asan uyğunlaşacaqdır. Bəzi uşaqların elə ilk dərs günlərindən müvəffəqiyyət qazanması məhz ilkin hazırlıqla bağlıdır.


more post like this