Məsələ 2241: Əgər ov iti ilə əti halal olan çöl heyvanını ovlasalar, bu heyvan 5 şərtlə halal olar:
1-İt elə əhilləşdirilməlidir ki, ov dalınca göndəriləndə getsin, göndərilməyəndə getməsin. İtin ov etmək üçün əhilləşdirilməsi kifayət edir və hətta gözü şikara düşdükdə özü hərəkət edib, ova tərəf getsin. Lakin vacib ehtiyata əsasən, sahibi çatmazdan öncə ovu yeməyə adət edibsə, onun ovundan pəhriz edilməlidir. Amma bə’zən ovu və yaxud yalnız qanını yeyirsə eybi yoxdur.
2-İti göndərən şəxs vacib ehtiyata əsasən, müsəlman və yaxud yaxşı-pisi ayıra bilən müsəlman uşağı olmalıdır. Peyğəmbərin (s) Əhli-beytinə (ə) düşmənçilik edən şəxs müsəlman deyil və onun ovu iradlıdır.
3-İti göndərən və yaxud hərəkət edən zaman Allahın adını çəkməlidir, lakin unutqanlıq üzündən deməsə eybi yoxdur. İti göndərməzdən öncə Allahın adını çəkmək lazım deyil, əksinə it ova çatmazdan öncə Allahın adını desə halaldır.
4-Şikar itin dişindən aldığı yara nəticəsində ölsün. Bu baxımdan, əgər it ovunu boğsa, çox qaçmaqdan və yaxud qorxudan ölsə halal deyil.
5-İti göndərən şəxs şikar öləndən sonra çatsa və yaxud diri olsa, lakin başını kəsməyə vaxt olmasa, əgər baş kəsmək qədər vaxt olan bir zamanda çatsa, məsələn, gözünü tərpədir, ayağını yerə döyürsə, heyvanın başını şəriət göstərişlərinə əsasən kəsməlidirlər, əks təqdirdə haramdır.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi


more post like this