Əli (Əleyhissalam)-In dolğun CavabI
Təlhə, Zübeyr, Səid İbni As, Vəlid ibni Ötbə, Abdullah və sair kimi baş bilicilər Əli (əleyhissalam)-ın beytül-malı bərabər surətdə bölərək təbəqələr arasında fərq qoymadığına görə bərk narahat idilər. Onların ilk növbədə böyük şur və mövqe ilə beyət etmələrinə baxmayaraq vəziyyəti belə gördükdə beyətlərini sındırıb Əli (əleyhissalam)-ın vücudundan sui istifadə etmək qərarına gəldilər. Belə ki, bunlar Əli (əleyhissalam)-la müxalifət (düşmənçilik) fikrinə düşərək hətta silahlı üsyan etməyi belə planlaşdırdılar. Öz yanlış təsəvvürləri ilə Əli (əleyhissalam)-ı zor və qorxu gücünə həvəslərinə təslim etmək istədilər.
Həzrətin işi o yerə çatdı ki, Əli (əleyhissalam)-ın ən yaxın əshabından olan Əmmar Yasir və s… kimiləri Əli (əleyhissalam)-ın hüzuruna gəlib belə ərz etdilər:
“Mümkün qədər hələlik yumuşaqlıq göstərsin, qəbilə başçılarına müəyyən güzəştlər edilsin və onların iş başında olmasına ləyaqətləri olmasa da bir müddət iş başında qalmalarına icazə verilsin. Ta Əli (əleyhissalam) hökumət sütunu möhkəmlənib fürsət ələ gətirdikdən sonra o zaman onlarla haqq əsasında rəftar olunsun.
Mömininlər ağası Əli (əleyhissalam) onların cavabında bir söz buyurdu ki, həqiqi cavab xütbə kimi “Nəhcül-bəlağə”-də dərc olunubdur:
Mənim hakimiyyətim altında olanlar, zülm etməyimi mənə göstəriş verirsiniz. Nə var, nə var öz ətrafıma yeni köməkçilər gətirim deyə?! And olsun Allaha, nə qədər dünya vardır, nə qədər ki, bir ulduz başqa bir ulduzun dalınca hərəkət edir bu işi görməyəcəyəm. Əgər öz malım olsaydı, onu bərabər surətdə bölərdim qalmış ola bu mala ki, Allah malıdır.
Belə bəxşiş bağışlayanı dünyada qaldırıb nicat günündə aşağı çəkir, bəndə qarşısında onu hörmətli etsə də Allaha dərgahında xar edir.
“NƏhCül-BƏlağƏ”- heKayƏtlƏri

 


more post like this