Bəzi həkimlər ortancıl övladı fiziki cəhətdən problemli hesab etsələr də, mən bu baxışla razı deyiləm. Məncə, müxtəlif ailələrə məxsus ortancıl övladlar arasında elə bir oxşar cəhət yoxdur. Amma hər bir ortancıl övlad nə vaxtsa evin yeganəsi olmuş böyük övladla hamının diqqət mərkəzində olan sonbeşik arasında qalmışdır. O, valideyn məhəbbətini bu körpə ilə bölməyə məcburdur. Amma böyük övlada valideynin münasibəti ortancıl övlada yol seçmək üçün köməkdir.
Əksər ortancıl övladlar ailədə öz yerini tapmaqda çətinlik çəkir. Müşahidələrimdən belə bir qənaətə gəlmişəm ki, ortancıl övladlarda özününümayiş hissi güclü olur. Onlar təlxəklik yolu ilə də olsa diqqəti cəlb etməyə çalışırlar. Bu uşaqlar öz zarafatçılıqları ilə ətrafdakıları maraqlandıra bilirlər


more post like this