islamic mənbələri

    1. home

    2. article

    3. Ordu

    Ordu

    Ordu
    Rate this post

     

    355.Ordu

    1143.İmam Əlinin (ə) Malik Əştəri Misirə hakim təyin etdiyi fərmanından: «Ordu Allahın izni ilə xalqın qalası, valilərin zinəti, dinin qüdrət və izzət mənbəyi, əmin-amanlıq vasitəsidir. Xalq yalnız ordu mövcud olduqda öz ayağı üstə dayanar.»[1]

    1144.İmam Əlinin (ə) həmin fərmanından: «Səninçün ordu başçılarının ən seçilmişi o şəxs olmalıdır ki, başqalarına əl tutsun, özlərini və qoyub gəldikləri ailələrini yaxşı təmin etmələri, nəticədə hamılıqla cihadda və düşmənlə mübarizədə yekdil olmaları üçün əlində olanı onlara versin. Çünki, sənin onlarla mehriban olmağın onların qəlblərini sənə qarşı mehriban edər..…Onların arzularını yerinə yetir, onları həmişə tərifləyərək qiymətləndir, çətinlik çəkənlərin zəhmətlərini qeyd et. Yaxşı işlərini çox xatırlamaq Allahın istəyi ilə igidlərini qaldıracaq və iradəsi süst olan qorxaqları təşviq edəcəkdir.»[2]

    1145.İmam Əli (ə):«Öz ordusuna kömək etməkdən əl çəkən şəxs düşmənlərinə kömək edib.»[3]

    1146.İmam Əli (ə):«Ordunun bəlası başçılara itaətsizlikdir.»[4]

     

    356.Allahın orduları

    Quran:

    «Göylərdəki və yerdəki ordular Allaha məxsusdur. Allah bilən və hikmət sahibidir.»[5]

    «Rəbbinin ordularını özündən başqası bilməz.»[6]

    «Əgər siz Peyğəmbərə kömək etmirsinizsə, ona mütləq Allah kömək etmişdir……O vaxt Allah ona bir rahatlıq nazil etmiş, onu sizin görmədiyiniz ordularla gücləndirmişdi.»[7]

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Nəhcül-Bəlağə, məktub 53

    [2] Nəhcül-Bəlağə, məktub 53

    [3] Ğurərul-Hikəm, hədis 8329

    [4] Ğurərul-Hikəm, hədis 3932

    [5] Fəth, ayə 4, 7

    [6] Muddəssir, ayə 31

    [7] Tovbə, ayə 40