islamic mənbələri

    1. home

    2. article

    3. ÖLÜMDƏN QORXMAĞIN SƏBƏBI NƏLƏRDIR?

    ÖLÜMDƏN QORXMAĞIN SƏBƏBI NƏLƏRDIR?

    ÖLÜMDƏN QORXMAĞIN SƏBƏBI NƏLƏRDIR?
    Rate this post

     

     

     

    Çoxlu alimlər ölümdən qorxmağın səbəbi haqqında (istər müsəlman istər qeyri-müsəlmanların baxışında) çalışıblar aqıla uyğun cavabla cavablandırsınlar. Bu qeydimizdə İslam ümmətinin dəyərli alimi və dahi şəxsiyyət olan İbn Sinanın baxışını qeyd etməklə kifayətlənirik. O dahi insan ölümdən qorxmağın səbəbini bir neçə şeydə görür:

    1. Bəzi dünyaya meyilli olan şəxslər ölümü bütün hər şeyin məhv olması olaraq dəyərləndirirlər.

    2. Bütün bəşəriyyət ölümün nə vaxt olması haqqında biliyə sahib olmadıqları üçün qorxurlar. (Mömin şəxslər hazırlıqlarının kamil olmaması gümanı ilə ölümün qəflət gəlməsindən qorxurlar, amma qeyri-mömin şəxslər günahlarının və ya məhv olub aradan getmələri düşüncəsi əsasında ölümün qəflətən gəlməsindən vahimə edirlər.

    3. İnsani hissiyyatının xüsusiyyətindəndir hər bir şey tərcübə olmayan vahimə yaradan bir şeydir. Bəşəriyyət də ölümün təcrübəli olmayan hadisə olduğundan ondan qorxur.

    4. Ölümün tək başına qarşılanması insanlar üçün çətin olduğundan onlar üçün vahiməli hadisə kimi təsəvvür olunur.

    5. Bəzi insanlar çoxlu dünya bağlılqlarına əlaqəli olduğundan ölümlə onlardan uzaqlaşmaq vahiməsi ilə ölümün gəlməsindən qorxurlar.

    6. Ölümün baş verməsi ilə bəşərin arzuları və istəkləri məhv olur. İnsanlar bu hadisələrin baş verməsini qəbul etməmələri üçün bu yeni hadisənin baş verməsindən qorxurlar.

    Nəticədə İnsanın fitrətinin tələbidir ki, davamlı olaraq qalsın.

    Mömin şəxslər uzunmüddət ölümdən amanda qalmağı ilahi nemətlərə daimi olaraq çatmaq məqsədi ilə baş verir, qeyri-mömin şəxslər tərəfindən isə qorxunun dünya həyatında davamlı olaraq yaşamamaları istəyindən irəli gəlir. Ölüm qorxusu da bunlara çatmamaq səbəbindən bəşəriyyət tərəfindən yaranır.

    Mövzu haqqında ayələr: Möminun/37 – Rum/7 – (Şagirdlərin suallar və cavablar kitabından tərcümə olunmuşdur. yazıçı: Məhəmməd Rza Kaşifi, səh: 44-45).

     

     

     

     

     

    http://sualcavab.ge