Ölmüş insan bərzax aləmində yaşayan zaman dünya aləmində qoyub-gəldiyi ailəsindən, yaxınlarından xəbərsiz olmaz. Onların taleyi ilə maraqlanar və buna biqanə olmaz. Bərzəxdə olan insan ara bir dünya aləmi ilə rabitə qurar və yaxınları ilə görüşər. Necə ki, İmam Sadiqdən (ə) bu barədə nəql edilir: “Mömin ölümündən sonra ailəsini ziyarət edir. Bu görüş zamanı onu sevindirən və onun sevdiyi şeyləri görər. Xoşu gəlməyən şeylər isə ondan gizli saxlanılar. Kafir də həmçinin ailəsini ziyarət edər. Lakin o, xoşuna gəlməyən şeyləri görər və sevdiyi şeylər isə ondan gizli saxlanılar”.Daha sonra İmam (ə) əlave etdi: “Onlardan elələri var ki, hər cümə ailəsini ziyarət edər. Elələri də vardır ki, əməlləri miqdarında ziyarət edərlər.”

“Elə mömin və elə kafir kafir yoxdurki, günorta vaxtı ailəsini ziyarətə gəlməsin. Mömin ailəsini saleh əməllərlə məşğul halda görən zaman Allaha buna görə həmd edər. Kafir də ailəsini yaxşı işlərlə məşğul olan halda görən zaman həsrət (və peşmanlıq) çəkər”.

Səhabələrdən biri İmam Əbu Həsəndən (ə) soruşur: “Dünyadan gedən insan ailəsi ilə görüşür?”

İmam Əli (ə) cavab verir: “Bəli”.

 

Bir daha soruşur: “Neçə vaxtdan bir?”. Buyurur: “Allah yanında olan məqamına görə, ya hər cümə günü həftədə bir dəfə, ayda bir dəfə, ya da ildə bir dəfə”. Səhabə bir daha sual edir: “Nə formada gəlir?”. İmam Əli (ə) buyurur: “O, lətif bir quş formasında gələrək divarlarına qonar və bu zaman onları tamamilə əhatə edər. Onların vəziyyətlərini yaxşı görəndə fərəhlənər, çətinlik və hacət içində görən zaman isə qəmlənər”.

Hədislərdən bəzi mətləblər əldə edilir: Birinci: Bərzəx aləmi ilə, dünya aləmi arasında rabitə bərqərardır. Bərzəx aləmində olan insanların hamısı dünya ilə əlaqə saxlayarlar.İkinci: Möminlər Allah yanında malik olduğu məqamlara görə ailələrini ziyarət edərlər. Üçüncü: Bərzəx aləmində olan ruhlar ailələrinin yaxşı işləri ilə sevinərlər. Dünyada olan çirkinlik və fəsadları Allah-Taala mömin bəndəsinə göstərməz ki, narahat olmasın. Dördüncü: Kafir insan digərlərinin saleh əməllərlə məşğul olduğunu görən zaman özünün bunlardan məhrum olduğunu görə bərk narahat olacaq, həsrətlə onlara nəzər salacaqdır. Kafirin ailəsini ziyarət etməyi onun üçün mənəvi əzab olacaqdır. Beşinci: Ruhun lətif quş formasında gəlməsi ruhun təcəssüm etməsinə bir misaldır. Lətiflik maddilikdən fərqli bir şeydir. Bərzəx aləmindən qərar tapan insan dünya aləminə əhatə tapar və bunun nəticəsində ailəsində baş verən bütün prosesləri izləyə bilər.

Nəql olunan hədislər bu ayənin məzmununu bəyan edirlər. “Allah yolunda öldürünləri (şəhis olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər.Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”.

“Onlar Allahın Öz mərhəmətində onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış ( şəhidlik səadətinə hələ nail olmamış kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”.

“Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar” (Ali-İmran sürəsi, ayə 169-170-171).

 

Mömin insanın üzərindən hər bir narahatçılıq götürülər. Ona hər tərəfdən yalnız xoş xəbərlər verilər. Hər bir tərəfini sevinç əhatə edər. Ayəyə görə mömin insa özündən sonra gələn iman əhlini gözləyər və onlara görə də fərəhlənər. Bərzəx aləmində olan iman əhli özlərindən sonra gələcək insanların vəziyyətlərindən xəbərdardır. Buda əvvəldən nəql olunan hədislərdə gələn mətləbə işarədir. Hədislərdə deyildiyi kimi, mömin insan dünya həyatına gələr, yaxınlarının işlərini görər və buna görə fərəhlənər.

Bərzəx aləmində olan insanın dünyada baş verənləri görməsi barəsində başqa bir ayədə vardır: “De:” (Ey insanlar! İstədiyinizi) edin. Allah, Onun peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzüruna qaytarılacaqsınız, O da sizə nə etdiklərini xəbər verəcəkdir!”(Tövbə sürəsi-ayə 105).

 

Möminlərin görməklərinin Allahın görməsi ilə eyni tutulması onların adi insanın görə bilməsindən fərqli bir baxışla görə biləcəklərinə bir işarədir. Deməli, bərzəxdə olan möminlər də malik olduqları qabiliyyət səbəbilə dünya aləmində olan insanların əməllərini müşahidə edəcəklər.

Bütün bu deyilənlər bərzəx aləmi olan misal aləmi ilə dünya aləmi arasında rabitənin qaldığını və tam qırılmadığını göstərir. Misal aləmi olan bərzəx aləmi maddi olan dünya aləmini əhatə etmişdir. O aləm bizim dünya aləmimizdən qat-qat böyük və geniş əhatəyə malikdir. Bu iki aləm arasında get-gəl vardır. Bir çox hədislərdə İmamların və bəzi Allah dostlarının müxtəlif məkanlarda ruhları gördükləri gəlmişdir. Hətta bəzi hədislərdə yerdə olan bəzi məntəqələrin bərzəxdə olan cənnət və bəzi məntəqələrində cəhənnəm ilə rabitədə olduğu bəyan olunmuşdur.

 

(İnsan Dünyadan Sonra kitabından)

 

http://sualcavab.ge

 


more post like this