Sual: 133. Xüms borcu olan ölmüş şəxsin evində namaz qılmaq olarmı?

Cavab: İmam (r) və Fazil: Bu evdən istifadə etmək haram və bu evdə qılınan namaz batildir. Amma onun borcunu versələr və ya səhlənkarlıq etmədən vermək fikirləri olsa evdən istifadə etməyə və burada namaz qılmağa icazə verilir.

Nuri və Safi: Bu evdən istifadə etmək haram və burada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar (elə bir şəkildə ki, ölmüş şəxsin boynundan götürülsün) evdən istifadə etmək və orada namaz qılmağa icazə verilir.

Təbrizi: Bu evdən istifadə etmək haram və orada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar evdən istifadə etmək və orada namaz qılmaq olar.

Sistani: Vərəsəsinin icazəsi ilə bu evdən qılınan namaz səhihdir.

Məkarim: Bu yerdən istifadə etmək haram və orada qılınan namaz batildir. Lakin onun borcunu versələr evdən istifadə etmək və orada namaz qılmaq olar.

Vəhid: Əgər mərhumun malının miqdarı onun verəcəyi xümsün miqdarından çox olmasa onun evindən istifadə etmək və orada namaz qılmaq batildir. Yalnız xüms borcu ödəndikdən və ödənişlə bağlı öhdəçiliyi şəri hakim qəbul etdikdən sonra mümkün olar. Bu halda varisin icazəsi ilə maldan sərf etmək və evdən namaz qılmağın eybi yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this