1494. Adam öldürmək.

Quran:

«Bu səbəbdən də İsrail oğullarına hökm etdik ki, hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməmiş kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.»[1]

Hədis:

5145. Allahın Peyğəmbəri (s): «İnsanların ən dikbaşı, onu öldürmək niyyəti olmayan günahsız birisini öldürən və ya onu vurmayan birisini vurandır.»[2]

5146. Allahın Peyğəmbəri (s): «Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey qan olacaqdır.»[3]

5147. Allahın Peyğəmbəri (s): «Əgər bütün dünya məhv olsa belə Allahın yanında onun əhəmiyyəti, nahaq yerə tökülən qandan daha azdır.»[4]

5148. İmam Rza (ə): «Allah insanı öldürməyi haram buyurdu. Çünki bu işi rəva görsəydi, insanların məhvinə və cəmiyyətdə hərc-mərcliyə səbəb olardı.»[5]

 

1495. Mömini öldürmək.

Quran:

«Hər kəs qəsdən bir mömini öldürsə, cəzası əbədi qalacağı cəhənnəm olacaq. Allah ona qəzəb və lənət edər və onunçün böyük bir əzab hazırlamışdır.»[6]

5149. Allahın Peyğəmbəri (s): «Ey camaat! Mən sizin aranızda olam və qətlə yetirilənin cənazəsi tapılsın, ancaq qatili məlum olmasın? Əgər göylərin və yerin əhli müsəlman bir kişinin öldürülməsində əlbir olsalar, hər an Allah onların hamısına saysız-hesabsız əzab verər.»[7]

5150. Allahın Peyğəmbəri (s): «Hər kəs özünün bir kəlmə sözü ilə olsa belə, möminin qətlinə kömək edərsə qiyamət günündə alnına «Allahın rəhmətindən naümid (və məhrum)» sözləri yazılmış halda Allahın görüşünə gələr.[8]

5151. İmam Baqir (ə): «Hər kim qəsdən bir mömini öldürsə, Allah-taala bütün günahları ona yazar və qətlə yetirilən günahlardan azad olar. Bu Allah-taalanın sözlərindəndir. Belə ki, O buyurmuşdur: «İstəyirəm ki, mənim və sənin günahlarını çiyinlərinə çəkəsən və cəhənnəm əhlindən olasan.[9]»[10]

5152. İmam Sadiq (ə)Əgər mömin, qəsdən başqa bir mömini öldürərsə, ona tövbə düşürmüsualına verdiyi cavab): «İmanına görə onu öldürmüşsə, tövbə düşmür. Yox əgər qələbə və ya dünya işlərindən birinə görə öldürmüşsə, onun tövbəsi ondan qisas alınmasıdır.»[11]

 

1496. İntiharın qadağan olunması.

Quran

«Ey iman gətirənlər! Bir-birinizin razılığı ilə (olan) alış-verişdən başqa bir-birinizin malını haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır.»[12]

Hədis:

5153. İmam Baqir (ə): «Mömin hər bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz.»[13]

5154. İmam Sadiq (ə): «Kim bilərəkdən özünü öldürsə, həmişə cəhənnəm odunda olacaq.»[14]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Maidə, ayə 32

[2] Əmali-Səduq, səh. 28, hədis4

[3] Kənzul-Ummal, hədis 39887

[4] Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 293, hədis 6

[5] Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 565, hədis 4934

[6] Nisa, ayə 93

[7] Kənzul-Ummal, hədis 39952

[8] Kənzul-Ummal, hədis 39895

[9] Maidə, ayə 29

[10] Səvabul-Əmal, səh. 328, hədis 9

[11] əl-Kafi, c.7, səh.276, hədis 2

[12] Nisa, ayə 29

[13] əl-Kafi, c.3, səh. 112, hədis 8

[14] Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 95, hədis 5163


more post like this