Ustad Hacı Mailə ithaf

Oldun vətənə sadə qəzəlxan, Hacı Mail,

Bəxş etdi sənə sadəlik ad-san, Hacı Mail.

Hər qəlbə yol açmış,o qəzəllər ki,yazırdın,

Olmur sözünə olmamaq heyran, Hacı Mail.

Söz bağı çiçəkləndi,səbəbkarı sən oldun,

Verdin qəzəliyyatımıza can, Hacı Mail.

Çün rəsmdi zər qədrini zərgər bilər ancaq,

Dərk eyləməz əsla səni nadan, Hacı Mail.

 

Aydın görünür aliliyin hər əsərində,

Ey qəlbi məhəbbət dolu ümman Hacı Mail.

 

İman ilə,qeyrətlə həyatı başa vurdun,

Ey saliki-rahi-Şəhi-mərdan Hacı Mail.

 

Xaliq səni bi misl qılıb xəlq,cəhanə

Gəlməz sənə manənd bir insan,Hacı Mail.

 

Var-dövlətə,şan-şöhrətə baş əymədin əsla,

Mə`bud sənə Həqq idi hər an, Hacı Mail.

 

Sən dəhrdə yar həsrəti çəkdin gecə-gündüz,

Axir ki,səni səslədi canan, Hacı Mail.

 

Hal əhli şirin vüslətinə doymadı,əfsus

Aldı səni bizdən acı hicran, Hacı Mail.

 

Hər yerdə ki,avazə gəlir şe`ri-lətifin,

Zövq əhli gəlib vəcdə deyir:can Hacı Mail.

 

Rəhmət sənə,ey arifi-kamil,böyük ustad,

Əxlaqi gözəlliklərə ünvan Hacı Mail.

 

Əmri sənə həsr etdi bu şe`rin,onu əfv et,

Şe`rində əgər var isə nöqsan, Hacı Mail.

 

Dön geri

 

 

Üzdü hicrin canım,ey istəkli yarım,dön geri,

Sərvərim,şahim,pənahım,qəmküsarım,dön geri.

 

Gəlməsən dövr eyləməz kamimcə dövran,ey sənəm,

Bağlıdır çün kim,sənə xoş ruzigarım,dön geri.

 

Soldurub gülzari-eyşim möhnəti-badi-xəzan,

Rəhm qıl əfğanimə,ey xoş baharım,dön geri.

 

Ey günüzlüm,gündüzüm zülmətdi sənsiz,et zühur,

Gözlərim nurun alıb həsrət,nigarım,dön geri.

 

Min bəlayə qıldı hicranın düçar aşiqləri,

Bir vusalın müjdəsilə,tacidarım,dön geri.

 

Əmriyəm,ey kaş ola görmək cəmalin qismətim,

Görmədən ölsəm yanar qəmdən məzarım,dön geri.

 

* * *

 

 

İnsanda gərək həqqə məhəbbət, dözüm olsun,

Qurban elə insanlara canım, gözüm olsun.

 

Qəsdim əbədi xəlqimə xidmətdir,öləndə

Rəhmətlə olum yad, əbədiyyət izim olsun.

 

Pərvanə tək eşq əhli gərək odlara yansın,

Qoy tazə sevən kəslərə ibrət közüm olsun.

 

Qəm çəkməsə eşq əhli,əzizim,sənə yetməz,

Eşqində nə qəm var isə lütf et bizim olsun.

 

Yurdunda özündən bir əlamət qoyar insan,

Məndən bu gözəl xəlqə nişanə sözüm olsun.

 

Hikmətli söz icadına cəhd etmişəm,Əmri,

Dillənməyə ariflər içində üzüm olsun.

 

Qur`an işığında

 

 

Ömrün sürə gər dəhrdə Qur`an işığında

Kamilliyə mütləq yetər insan,işığında.

 

İstərsə səlamət keçə məhşərdə sirati,

Addımlasın insan gərək iman işığında.

 

Nəfsin olub azad hicabından,ey adəm,

Çıx seyrinə aləmlərin,irfan işığında.

 

Dünyadə qaranlıqdan əsər zərrəcə qalmaz,

Birləşsə könüllər Şəhi-mərdan işığında.

 

Tut dəsti-Əlidən ki,odur şəmsi-hidayət,

Məqsudə yetərsən onun,ey can,işığında.

 

Məhşərdə yer almaz qara simalılar içrə,

Kim ömr eləsə Şahi-şəhidan işığında.

 

Zalimliyə sövq etməsin əsla səni nifrət,

Cəhd et baxasan hər işə vicdan işığında.

 

Zülmətləri,bir vasitədir,yarmaq üçün eşq,

Əmri,açılar hər düyün asan işığında.

 

* * *

 

 

Hacı Mirzə Əlimuhəmməd Fənayə təxmis,

********************************

Ey həbibi-Həyyi-mütləq,eşqi əmvatə həyat,

Ey müqəddəs ismi rahətbəxş fi yəumil məmat,

Ey kəramət kani,bizdən qılma qət`i-iltifat,

*Ey vücudi illəti-ğaiyyi-kulli-mümkinat,*

*Xatəmi-peyğəmbəranu fəxri-əhli-kainat.*

 

Eylədi səndən məqamin əxz Cibriyli-əmin,

Səndən oldu Həq duasın qıldı məqbul Adəmin,

Ey edən ğəm dəf`in,ey mir`ati İsmi-ə`zəmin,

*Ey bəşiru həm nəziru rəhmətən lil aləmin,*

*Sahibi-xülqi-əzimu came`i-hüsni-sifat.*

 

Ya Nəbi,dəhr əhlinə ibrətsən hər dövrandə,

Mədh edib Xəllaqi-xilqət xulquvi Qur`andə,

Ol fəzail kim,sənin var,yoxdu bir insandə,

*Doldurub ərqami-fəzlün səfheyi-imkandə,*

*Aləmi-ülviyyu sufli,şərqu ğərbi şeş cəhat.*

 

Rəf` qıldın zülməti-cəhli,saçıb elminlə nur,

Sənsən ol nurun-ələn-nur,ey vücudi-bi qüsur,

Qıl şəfaət kim,qlubi-mu`minan bulsun hüzur,

*Hadiyi-məcmu`i-ümmət,şafe`i-yovmunnuşur,*

*Məlcə`i-əhli-məasi,üzrxahi-səyyiat.*

 

Aqibət əhli-məasi zaru müztərdir yəqin,

Olmasa lütfün,xəciyli-ruzi-məhşərdir yəqin,

Mücrimin əfvi rizan ilən müyəssərdir yəqin,

*Kuhi-üsyan pərri-kah ilə bərabərdir yəqin,*

*Olsa asilər əlində həşrdə səndən bərat.*

 

Ey təriqi-əmri-Həqqə ruzi-əvvəldən bələd,

Aləmin Rəbbindən insu cinnə rəhbər ta əbəd,

Ey Əhəd ismiylə ismin arəsində mim həd,

*Əhmədi-məhmud,məhmudi-Xudavəndi-əhəd,*

*Mövceyi-dəryayi-rəhmət,ləngəri-fulki-nəcat.*

 

Baqidir ol kani-izzət,sənsə fani,Əmriya,

Ol şəhi-mülki-cəlalət,sən fəqət kəmtər gəda,

Vasifi-kamil qılıb övsafi-şahi-ənbiya,

*Əqli-kullun madehi Xəllaqi-yektadır,Fəna,*

*Hüsnü qübhün anlasan mədhün görərsən naqisat.*

***************************************

 

* * *

 

 

Rəhmətdən uzaq eylədi şeytanı təkəbbür,

Həm öyləcə məhv eyləyər insanı təkəbbür.

 

Zərrə mütəkəbbirlik edən cənnətə girməz,

Yurd eylər ona həşrdə niyranı təkəbbür.

 

Təslimi-Həq olmaq üçün ol əhli-təvazö`,

Müşrik edən amildi müsəlmanı təkəbbür.

 

Yaxmaqla yox eylər odunu,rəsmidir,atəş,

Hər qəlbə ki,düşsə yeyər imanı təkəbbür.

 

Təqva ilə sınmaqdı nicatın bu mərəzdən

Ancaq bu üsul ilədi dərmani-təkəbbür.

 

Pak olsa ürək onda təcəlla edər Allah,

Zülmət evi qoymaz ola nurani təkəbbür.

 

Əmr aləminin sakini azad olar,Əmri,

Dünyadə səni etməyə zindani təkəbbür.

google.com


more post like this