Bərzəx aləminin ne᾽mətləri kimi, əzabları, bəlaları da davamlıdır. Allaha pənah aparaq. Əgər bərzəx əzabına düçar olmuş bir şəxsin naləsi qulağımıza çatsa, dünya bəlaları nəzərimizdə heç olar.

Rəsullullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Be᾽ətdən (risalətə çatmazdan) əvvəl qoyun otardığım zaman bə᾽zən qoyunların heyrətli bir hala gəldiyini müşahidə edirdim. Amma qurd gözə dəymirdi. Vəhy nazil olduqdan sonra Cəbraildən bunun səbəbini soruşdum. Dedi ki, bərzəx aləmində (bərzəx Cəhənnəmində) ölülərin naləsi ucalanda cin və insandan fərqli olaraq, heyvanlar bu sədanı eşidər və narahat olarlar.”

http://sualcavab.ge

 


more post like this