933. Oğurluq

Quran:

«Oğru kişi və qadının, etdikləri əmələ görə Allah tərəfindən cəza olaraq əllərini kəsin. Allah izzət və hikmət sahibidir.» [1]

Hədis

3001. İmam Rza (ə):«Allah-taala oğurluğu haram etmişdir. Çünki, buna icazə verilsəydi, malların məhvinə və insanların qətlinə səbəb olardı. Belə ki, bir-birinin mallarını qəsb etmək qarşılıqlı kütləvi qətllərə, münaqişələrə və paxıllığa səbəb olur. Eləcə də ticarət və sənayedən uzaqlaşmağa, sərvətlərin haram və nalayiq yollarla əldə edilməsinə gətirib çıxarardı.

Sağ əl bu səbəbdən kəsilir ki, oğru sağ əli ilə əşyalara toxunur. Sağ əl həm də onun bədəninin ən yaxşı və ən çox fayda verən üzvüdür. Buna görə, onun kəsilməsi oğru üçün cəza və başqaları üçün bir ibrət dərsidir ki, haram yolla mallara təcavüz etmək niyyətindən əl çəksinlər. Həm də ona görə ki, oğru daha çox sağ əl ilə oğurluq edir.»[2]

 

934. Oğurluğa görə cəzalandırılmayanlar

3002. Allahın Peyğəmbəri (s):«Oğrunun əli, yalnız dinarın dörddə biri və ondan çox məbləğdə oğurluqda kəsilər.»[3]

3003. İmam Əli (ə):«Bir qızın qulağından zorla mirvari sırğanı oğurlayan kişi barədə buyurdu:«Bu aşkar oğurluqdur.» Sonra şallaq vurub zindana saldı.»[4]

3004. İmam Əli (ə):«Dörd nəfərin əli kəsilməməlidir :qapıb qaçırdan, qənimətə xəyanət edən, qənimətdən oğurlayan və fəhlənin oğurluq etməsi. Çünki bunların işi oğurluq yox, xəyanət sayılır.»[5]

3005. İmam Baqir (ə)və ya İmam Sadiq (ə):« Yalnız divarı deşmək ya qıfılı sındırmaqla evə daxil olan oğrunun əli kəsilər.»[6]

3006. İmam Sadiq (ə):«Əgər fəhlə yaxud qonaq oğurluq etsə, əlləri kəsilməz. Çünki onlara e‘timad olunubdur.»[7]

3007. İmam Sadiq (ə):«Qəhətlik və aclıq olan illərdə oğrunun əli kəsilməz.»[8]

3008. İmam Sadiq (ə):«Əgər oğru öz ayağı ilə gəlib oğurluğunu e’tiraf etsə və Allah dərgahına tövbə edib oğurladığı malı sahibinə qaytarsa, əli kəsilməz.»[9]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Maidə, ayə 38

[2] Nurus-Səqəleyn, c.1,səh. 627 , hədis 183

[3] Səhihi-Muslim , hədis 1684

[4] əl-Kafi, c.7,səh. 226 , hədis 7

[5] əl-Kafi, c.7,səh. 226 , hədis 6

[6] Vəsailuş-Şiə, c.18,səh. 510 , hədis 5

[7] İləluş-Şəraye,səh. 535 , hədis 1

[8] əl-Kafi, c.7,səh. 231 , hədis 2

[9] Təhzibul-Əhkam, c.10,səh. 122 , hədis 489


more post like this