1-İbn Məskandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Namus və malınızı Nur surəsini oxumaqla qoruyun. Həmçinin öz xanımlarınızı onunla qoruyun, çünki, bir kəs bu surəni hər gün yaxud hər gecə oxumağa davam etdirsə, ölənə qədər öz ailəsindən heç bir kəs iffətsizliyə (əxlaqsızlığa) düçar olmaz, Dünyadan gedəndə yetmiş min Mələk onu qəbrinə qədər müşayiət edər, hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra onu qəbrə qoyarlar. (Yusif surəsinin 12-ci ayəsinə müraciət edin).
2-Allahun Rəsulu (s.ə.v.v) buyurdu: Allah Nur surəsini oxuyan kəsə keçmişdəki və gələcəkdəki möminlərin hamısının əcri qədər həsənə (savab) verər.
Hakim Əbu Əbdullah öz səhihində Ayişədən nəql edir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Xanımlarınızı evlərdə bekar saxlamayın, bəlkə toxuculuğu və Nur surəsini onlara öyrədin.
Hər kəs Nur sursini yazıb yatanda onu başına altına qoysa, həmin gecə möhtəlim (cunub) olmaz.
Əgər Nur surəsini yazıb yuyub onun suyunu gözünüzə sürtsəniz, qaranlıq və zəifliyi aradan gedər.
“Əllahu nurus-səmavati vələrzi məsəlu nurihi kəmişqati fiha misbahunil misbahu fizucacətin-əzzucacətu kəənnəha kəvkəbun durriyyun yuqədu min şəcərətin mübarəkətin zeytunətin la şərqiyyətin vəla ğərbiyyətin yəkadu zəytuha yuziu vələv ləm təmsəshu narun. Nurun əla nurin yəhdillahu linurihi mən yəşau. Və yəzribullahul əmsalə linnasi, vəllahu bikulli şəyin Əlim” (Nur –35)
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this