Ərəb dilində azan demək üçün olan ən əsas sübut budur ki, azan ibadət və Peyğəmbər (s)- in sünnələridir. İbadətlər toqifidirlər, yəni, onları yerinə yetirmək Allahın müəyyən etdiyi formada olmalıdır. Bundan əlavə ibadət əsrlər boyu, azalıb və çoxalmadan həmişəlik qalmalı, onun dərin mənası sonrakı nəsillərə ötürülməli və tarix boyu dəyişilməməlidir. İndi azanın əsl dili olan ərəb dilinə riayət etmədən belə bir şey mümkündürmü?
Digər bir tərəfdən, İslam dünyəvi bir dindir və bütün müsəlmanları bir cəbhədə və eyni sırada qərarlaşdırmaq istəyir. Belə bir cəmiyyəti təşkil etmək, hamının bir- birini vahid dil ilə başa düşmədən, mümkün deyil. Ərəb dili dünyanın ən zəngin dillərindən olaraq, beynəlxalq bir dil və bütün müsəlmanların azan və namazının dili olaraq, onların birliyinin əlaməti ola bilər. NUR-AZ.COM


more post like this