Rəsulullahın (s) vəfatından sonra islam dininə müxtəlif yollarla zərbələr endirilməyə başlandı. Bu zərbələrin bir qismi Rəsulullahdan sonra onun əhli- beytindən intiqam almaq məqsədilə olmuşdur. Məqaləmizdə həmin intiqam zəminində olan islam tarixində ən ağır ləkə və Rəsulullahın əhli beytinə varid olmuş müsibət haqqında qısaca söhbət açmağa çalışacağıq. Qeyd edək ki, bir qurup avam adamlar belə təbliğatın təsiri altına düşürlər. Amma Rəsulullahın əhli-beytinin qeyrətini çəkən insanlar bu xainlərin fitnələrinin müqabilində susmağı rəva bilmədiklərindən, hətta özlərini indi əhli sünnə vəl cəmaət adlandıran vəhhabilərin mötəbər saydıqları kitablardan hədis elmində vacib etdikləri meyarlara cavab verən hədisləri axtarıb üzə çıxarırlar. Əlbəttə inadkar vəhhabilər bunun müqabilində etiaraz etsələr də biz onlarla Muhəmməd ibn Əbdul Vəhhabın hesabını Allahın öhdəsinə qoyuruq. Çunki Qadir olan Allah insafdan uzaq olanlarla necə rəftar etməyin lazım olduğunu özü bilir. Əvvəla: Biz Hüseynin (ə) müsibətinə ağlamağı Rəsulullahdan (s) öyrənmişik. Şiə və sünnü raviləri Rəsulullahdan nəql ediblər ki, bir gün Rəsulullah (s) buyurdu: “Yaxın bir zamanda mənim ümmətim balam Hüseyni qətlə yetirəcək” Sonra Rəsulullah (s) buna görə ağlamağa başladı. Rəsulullah bu xəbəri o zaman verirb ki, İmam Hüseyn (ə)-n şəhadətinə və Kərbəlada baş verən faciəyə 50 ildən çox vaxt qalırdı. Bu hədisin sənədi əhli sünnətin hədis elmində Buxarinin və Muslimin lazım bildikləri meyerlara tam uyğundur. Amma təəssüflər olsun ki, onlar kitablarında bu hədisi bəyan etməyiblər. Hakim Nişaburi “Mustədrək” kitabının 3-cü cild səh. 176-da nəql edib: Əbu Əbdillah Muhəmməd ibn Əli Cuvəyri Bağdadda deyirdi: Əbul Əhvəs Muhəmməd ibn Heysəm Qazi Muhəmməd ibn Məs`əb Ovzaidən o da Əbu Əmmar Şəddad ibn Əbdullahdan o da Ummu Fəzl bintə Harisdən nəql edib: “Bir gün Ummu Fəzl Rəsulullahın yanına getdi və ona salam edib dedi- Ya Rəsuləllah (s) bu gecə mən qəribə bir yuxu gördüm. Rəsulullah (s) buyurdu: Gördüyün yuxu nə idi? Ummu Fəzl dedi: Çox dəhşətli bir yuxu idi. Rəsulullah (s) buyurdu: Yaxşı, de görüm nə yuxu idi? Ummu Fəzl dedi: Gördüm ki, sizin bədəninizdən bir tikə qopub mənim ətəyimə düşdü. Rəsulullah (s) buyurdu: Yaxşı yuxu görmüsən. Tezliklə Allahın istəyi ilə Fatimə (s) bir oğlan uşağı dünyaya gətirəcək ki, sənin qucağında böyüyəcək”. Fatimə həmin uşağı dünyaya gətirəndən sonra Rəsulullahın buyurduğu kimi o mənim qucağımda böyüyürdü. Bir müddət keçəndən sonra Rəsulullahın yanına getdim. Hüseyni Rəsulullahın qucağına verdim. Bir qədər keçəndən sonra başa düşdüm ki, Rəsulullah (s) baxışlarını məndən gizlətdir. Birdən gördüm o Həzrətin mübarək gözləri yaşla dolub. Dedim: Atam anam sənə fəda olsun ya Rəsuləllah (s)! Məgər bir hadisə baş verib? Həzrət (s) buyurdu: “İndicə Cəbrayıl (ə) yanıma gəlmişdi və mənə xəbər verdi ki, tezliklə mənim ümmətim bu balamı qətlə yetirəcəklər”. Dedim: Bu uşağı? Rəsulullah (s) buyurdu: Bəli bu balamı! Sonra Rəsulullah (s) Hüseynin türbətindən (dəfn olunacaq torpağından) bir qədər mənə hədiyyə verdi. Hakim Nişaburi “Mustədrək” yazır: “Bu Hədis Buxarinin və Muslimin hədis elnmində şərt etdikləri meyarlara əsasən səhih hədisdir. Amma onlar hədisi nəql etməyiblər”. Çox təəcüblüdür ki, əhli sünnə vəl-cəmaət bu məsələdə Rəsulullaha müxalif çıxırlar. Allah-təalanın vəhy mələyi Cəbrayılın (ə) vasitəsilə peyğəmbərinə yetirdiyi bu faciəli xəbəri inkar etməyə çalışırlar. Bir halda ki, Rəsulullah (s) özü Hüseynin müsibətinə ağlayıbdır. Cəbrayıl (ə) ümmətinin Rəsulullaha qarşı edəcəyi bu sitəm haqqında xəbər verəndə Kərbəla torpağından bir miqdar onun üçün gətirdi. Amma bu gün özlərini Peyğəmbərin (s) “ümmətindən sayıb güya onun gətirdiyi sünnətə əməl edənlər” hər bir vasitə ilə bu məsələni aradan qaldırmağa çalışırlar. Bunun əsas səbəbi bu faciənin meydana gəlməsində səbəbkar olanların cinayətlərini ört basdır etməkdir. Görəsən Rəsulullaha və onun əhli beytinə bundan böyük zülm olarmı? «Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət etmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!» (Əhzab ayə 57) «Allah Rəsuluna əzuyyət verənlərə şiddətli bir əzab müəyyən olunub» (Tövbə ayə 61) Kiminsə cinayətini gizlətmək üçün olarmı ki, Rəsulullahın əhli-beytinə olunmuş zülmü inkar edəsən? Başqalrını Peyğəmbər əhli-beytinin müsibətlərinə şərik çıxan görəndə onları da hər vasitə ilə bu işdən yayındırasan? Belə insanların əməllərini bu cür izah etmək olar: Onlar yəhudilərin Rəsulullaha (s) qarşı apardıqları müharibəni islam adı altında davam etdirirlər. Amma fərqləri budur ki, yəhudilər aşikar və hərbi düşmən kimi Rəsulullaha qarşı mübarizə aparırdılar. Amma bunlar özlərini üzdə müsəlman kimi göstərib əslində Rəsulullahın əhli beytindən intiqam almaq istəyirlər. İkincisi: Hüseyn ibn Əli Rəsulullahın (s) nəvəsi və cənnət cavanlarının iki ağasından biridir. Müsəlmanların icmasına əsasən “Təthir”ayəsində onun paklığı haqqında Allah-təala şəhadət vermişdir. “Ey əhli-beyt! Allah sizi bütün çirkinliklərdən paklamağı iradə edib!”(Əhzab ayə 33) Həmçinin Allah-təala Qurani-kərimdə Rəsulullahın ümməti üçün çəkdiyi zəhmətlərin müqabilində Əhli-beytini sevməyi bütün müsəlmanlara vacib etmişdir. “Allahın iman gətirib saleh əməllər əncam verən bəndələrinə verdiyi müjdəsi budur. Ey Peyğəmbər! Onlara de: “Mən sizdən risalətimdə çəkdiyim zəhmətlərin müqabilində heç bir şey istəmirəm, məgər mənim əqrəbalarıma məhəbbət və sevgi istəyirəm. Hər kəs bir yaxşı əməl etsə etdiyi yaxşılığına görə əcrinin artırarıq!” Həqiqətən, Allah bağışlayan və yaxşı şeylərin əvəzini qaytarandır”. (Sura. ayə 23) Hüseyn bir kəsdir ki, Rəsulullah (s) onun məqamını dəfələrlə ümmətə bəyan edib. Tirməzi “Səhih”-də Əbu Yə`li ibn Mərrədən bu məzmunda belə bir hədis nəql edib:- Rəsulullahdan (s) dəfələrlə eşitmişəm buyururdu:“Hüseyn məndəndir və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə Allah da onu sevər. Hüseyn mənim nəvələrimdəndir”.(“Səhih Tirməzi” 5/194 hədis 3775, “Sünən ibn Macə” bab fəzailu əshabi Rəsulullah 1/51 hədis 144, Hakim “əl-Mustədrək” 3/194, hədis 4820, “Musnəd Əhməd ibn Hənbəl” 5/182, hədis 17111, “Usdul Qabə” İbn Əsir 2/20 və 5/526, “Kənzul-ummal” Muttəqi hindi 12/120, hədis 34289, və digər əhli sünnət alimləri bu hədisi nəql ediblər) “Səhih Tirməzi” Rəsulullahdan bu hədis “Həsən və Hüseyn cənnət cavanlarının sərvəridirlər” iki sənədlə nəql olunub. “Səhih Tirməzi” 5/614, hədis 3768, “Musnəd Əhməd ibn Hənbəl” 3/369, hədis 10616, “Hilyətu Əbu Nəim” 5/71 bir neçə sənədlə bu rəvayəti nəql edib. “Tarix Xətib Bəğdadi” 9/231 və 11/90 müxtəlif sənədlərlə nəql edib. “Təhzibut-təhzib” Ziyad ibn Cubeyr və Suveyd ibn Səidin tərcümeyi halları 3/309, 4/241, “Xəsaisu Nəsai” 5/149 hədis 8525 iki sənədlə hədisi nəql edib. “əl-İsabə” İbn Həcər 1/330 “Ha” hərfi, “Kənzul-ummal” Muttəqi Hindi 7/26, hədis 17795 və 12/112 hədis 34246 və s… Hüseyn Allah yanında ali məqama sahib olan bir şəxsiyyətdir. Hər bir möminin qəlbində Hüseynə qarşı məhəbbət vardır. Əgər kimsə Hüseynə qarşı laqeyddirsə, ya onun Peyğəmbər sünnətindən xəbəri yoxdur, yaxud da sünnətdən xəbəri var amma zatı xarab olduğundan sələfləri kimi Peyğəmbər Əhli-beyti ilə mübarizə aparmağı özünə vacib bilir. Hətta bu yolda lazım gəlsə belə Qurani kərimlə də mübarizə aparır.“Bu həmin müjdədir ki, Allah iman gətirib saleh əməllər əncam verən bəndələrinə xəbər verir. Ya Peyğəmbər! Onlara de: “Mən sizdən çəkdiyim zəhmətin müqabilində heç bir şey istəmirəm. Yalnız əqrəbalarıma (əhli-beytimə) məhəbbət sevgi bəsləməyinizi istəyirəm. Hər kəs yaxşı bir iş görərsə, onun yaxşılığının mükafatını artırarıq!” Həqiqətən, Allah bağışlayan və gözəl əməllərin əvəzini verəndir”!(Sura. ayə 23) Allah-təala Qurani-kərimdə Rəsulullahın Əhli-beytinə məhəbbətin vacib olduğunu təkid etdiyi halda görürük ki, bir dəstə zalım peyğəmbər xəlifəsi və sünnəti adı altında onun əzizini faciəli şəkildə qətlə yetirib. Əhli-beyti Peyğəmbərin kafirlərin əsirlərinə rəva görmədiyi tərzdə şəhərbəşəhər dolandırmaqla onları xəcil edir. Sonra da iddia edirlər ki, biz islamın xeyri üçün bunu etdik. Zaman keçdikcə digər bir dəstə bu ləkəni ört-basdır etmək üçün müxtəlif hədislər qondarmaqla baş vermiş faciəni unutdurmağa çalışır. Peyğəmbər əhli-beytinə olunmuş zülmü adi bir şey kimi göstərib onu yada salmağı belə haram elan edirlər. Görəsən Peyğəmbəri və onun əhli-beytini sevən müsəlman bu müsibətə görə onlarla həmdərd olmazmı? Hətta müsəlman olmasa belə bu müsibəti eşidəndə əgər onda insani keyfiyyət olsa, o bu müsibəti eşidəndə qəlbi dağlanar. Məsələn Xocalı faciəsi səhnələrindən bəzən televizordan azacıq bir fraqmentlər göstəriləndə insanda onu törədənlərə qarşı nifrət daha da şiddətlənir. İnsani keyfiyyətə malik olan hər bir insanın ürəyi qan ağlayır. İndi Rəsulullahın (s) əhli-beytinə olunmuş zülmün nə dərəcədə dəhşətli olduğunu təsəvvür edin. Elə bu insani keyfiyyət səbəb olub ki, İmam Hüseyn (ə) müsibətindən 14 əsr keçməsinə baxmayaraq daha əzəmətli şəkildə ictimaiyyət arasında yer alır. İndi kimlərsə bu insani keyfiyyətlərdən məhrumdurlar, bu o demək deyil ki, başqaları da özlərini onlara oxşatmağa çalışsınlar. Məlum olur ki, bir dəstə adamlar atifə və mərhəmət deyilən məfhumlardan bəhrəsiz qaldıqlarından Rəsulullahın (s) əhli-beytinə varid olmuş müsibətin nə dərəcədə ağır olduğunu dərk edə bilməmişlər. Bu ilahi nemətdən məhrum olmuş daş qəlblilər bilməlidirlər ki, Rəsulullaha (s) onun əhli-beytinə məhəbbət və sevgi hislərini izhar etmək Rəsulullahın öz sünnətidir. Belə məlum olur ki, bu cür insanlar Quran oxumurlar. Əgər onlar Qurani-kərimi oxusaydılar onda Yəqub peyğəmbərin oğlu Yusufa görə necə ağlamağından xəbərdar olardılar. “Yəqub onlardan üzünü döndərib dedi: Vay! Yazıq Yusif! Onun gözləri dərd-qəmdən (həmişə ağlamaqdan) ağardı. Bir halda ki, qəzəbini udurdurdu”. (Yusuf. ayə 84) Əgər insanın əldən verdiyi əzizi üçün ağlaması haramdırsa onda Allahın peyğəmbəri olan Yəqub ən böyük haram işi görüb. Cünki Yəqub oğlanlarını əldən verdiyinə görə o qədər ağladı ki, axırda gözləri kor olub ağardı. Yəqubun müsibəti Rəsulullahın və əhli beytin müsibətindən ağır deyildi. Kərbəlada baş vermiş faciədən xəbərdar olanlar bunu təsdiq edirlər (normal insanları nəzərdə tuturuq) ki, cahan belə dəhşətli bir faciə görməyib. Faciəni daha da qüvvətləndirən budur ki, bir dəstə özünü peyğəmbər xəlifəsi elan edərək peyğəmbərin əhlibeytini hətta altı aylıq körpəsinə qədər qana qəltan etməkdən həya etməmişlər. Bundan böyük faciə ola bilərmi? Bəli hər kəs bu müsibəti ört-basdır etməyə çalışırsa onlar da həmin müsibəti törətməkdə olanlarla eyni dərəcədə şərikdirlər. Allah o faciəni törədənlərə və onu hər vasitə ilə tarixin səhifələri arasında gizlədib faş olmasının qabağını almağa çalışanlara lənət etsin! Üçüncü: Hər bir əməl və kəlam Rəsulullahın buyuruğundan və əməlindən sonra məsum imamların vasitəsilə təsdiq olunan halda bizim üçün höccətdir. Çunki Rəsulullah (s) buyurub: “Mən sizin aranızda iki qiymətli əmanət qoyuram. Allahın kitabını və itrətimi, Əhli-beytimi. Əgər bunların ikisindən yapışsanız Kövsər hovuzunun yanında mənə birləşənə qədər heç vaxt yolunuzdan azmazsınız.” Şiələr məhz bu hədisə görə Qurani-kərimin və Rəsulullahın kəlamlarının həqiqətini yalnız Əhli-beytin vasitəsilə dərkinin mümkün olduğunu bildiklər üçün hər yerdə məsum imamların izahatına muraciət. Sözü gedən mövzu “İmam Hüseynin (ə) əzası” haqqında məsum imamlardan onlarla səhih hədis vardır. Hədislər İmam Hüseyn (ə) müsibətində ağlamağın, belə məclislərin qurulmasının zəruriliyini və faydalarını təsdiq edir. Şiə məzhəbində ölən insanın ardınca ağlayıb şivən etmək caiz deyil, amma Rəsulullahın əzizi üçün ağlamağın hətta əcri var. Dördüncü: Fiqhin qanunlarına əsasən hər bir əməl caizdir və halaldır, madam ki, onun haram olması haqqında islam dinində qadağa yoxdur. Deməli Hüseynin əzasını saxlamaq və buna görə məclis qurmaq caizdir. Yalnız orada baş yarmaq kimi şəriətdə haram olunmuş əməl olmasın. Baş yarmaq kimi. Hüseynin Kərbəla faciəsini yaşatmaq və tarixdə baş vermiş bu dəhşətli cinayəti nəsillərə tanıtdırmaq çox əhəmiyyətli və savab işdir. Amma bu müstəhəb iş vacibatlara mane olmamalıdır. Çunki İmam Sadiq (ə) buyurub: “Deməyin ki, Cəfər ibn Muhəmməd Qiyamətin günündə bizə şəfaət edəcək! Çunki bizim şəfaətimiz namazı yüngül sayıb gec və ya əslən qılmayanlara şamil olmayacaq”(Furuul-kafi, 3/270. hədis 15) Kərbəla müsibətinin qorunub gələcək nəslə çatdırmağın əsas səbəbi o Həzrətin amallarını sonrakı nəsillərə çatdırmaqdır. Gərək insanlar zülm və batilə qarşı mübarizə aparmaqda bu fədakarlıqdan ibrət götürsünlər. Bu şər`i və insanı bir məntiqdir. Rəsulullahın əhli-beytinə məhəbbət və həmrəylik məntiqinə əsaslanır. Hüseyn məclislərində insanlar “şəhadət məktəbinin” fəlsəfəsini dərk edib həzrətin bu kəlamını əllərində şüar etdilər:“Mən ölümü səadət, amma zalımlarla həyatı zillət hesab edirəm”. Bu söz azadlığa çağırış oldu:“Bilin və agah olun zinazadə oğlu zinazadə mənə iki şeyi təklif edir: qılınc götürüb onunla vuruşmaq və ya zilləti qəbul etmək. Zillət altına getmək bizdən uzaqdır. Allah, onun Rəsulu və möminlər bizə zillət altına girməyi layiq bilməyiblər. Həmçinin pak və izzətli insanlar məşəqqəti rəzil insanlara tabe olmaqdan üstün tuturlar” Imamın bu çağırışları şəhadət məktəbində əsl fədakarların yetişməsinə bir impuls verdi. 14 əsrdir insanların qəlbində inqlab edir. Gözlərdən axan yaşlar Ali Muhəmmədə olan məhəbbətin nişanəsidir. Amma bu məsələni müxtəlif yollarla unutdurmağa çalışanlar sələflərinin cinayətlərini gizlətməyə çalışanlardırlar. Vəhhabilərin canişinləri olub, amma özlərini “əhli sünnə vəl cəmaət” kimi qələmə verənlər İmam Hüseyinin (ə) əzasını yad etməyə etiraz edib onu şəriətə zidd kimi göstərməyə çalışırlar. Bunu bilmək lazımdır ki, imam Hüseynin (ə) qətlinə görə Allah-təala üç dəstəni cəhənnəmdə əbədi əzaba düçar edəcək. 1. Rəsulullahın (s) yeganə qızı və canının bir parçası olan Fatimənin (s) əziz balası İmam Hüseynin (ə) qətlində bir başa iştirak edənlər. Başda Yəzid ibn Muaviyə, ibn Ziyad, Ömər ibn Sə`d olmaqla Kərbəlada iştirak edib vuruşanlar. 2. Kərbəlada bir başa iştirak etməyib, lakin Yəzidin cinayətlərindən məmnun olanlar. 3. Hər bir zamanda o cümlədən indinin özündə belə Yəzidin cinayətlərini gizlətmək üçün müsəlmanlara etiraz edənlər. İlahi! hər bir dində və məzhəbdə sənin övliyalarını öldürməyə razı olanlara, məzlum ilə zalım arasında fərq qoymayanlara biz nifrət edirik! İlahi! sən ən gözəl hakimsən. Biz sənin ədalətinin təcəllisini gözləyirik! İMAM HÜSEYNIN (Ə) ƏZASINDA ZƏNCIR VURMA İmam Hüseyn (ə) əzasında ağlamaq ən əfzəl qürbət əməllərdəndir və çox böyük tərbiyəvi əhəmiyyəti vardır. 1. İmam Hüseynin qiyamının səbəblərinə diqqət yetirib ,dinin dəyərlərinin aradan getməsinin qarşısını almaq. 2. Hüseyn (ə) qiyamını tarxinin yaddaşından silinməsinin qarşısını almaq. 3. Möminlərdə zülm və sitəmə qarşı inqlabi ruh yaratmaq. 4. İslam ümməti ilə onun layiqli rəhbərləri arasında əlaqəni möhkəmlətmək. 5. Əza məclislərində müsəlmanlar dinin məariflərindən daha çox xəbərdar olurlar. 6. Möminlər nəfslərinin paklanmasına daha artıq dərəcədə diqqət yetirirlər. 7. Məzlumlarla həmrəyliklərini və sitəmkarlara qarşı nifrətlərini izhar edirlər. İmam Hüseynə (ə) əza saxlamağın bünövrəsi Əhli-beyt imamlarından başlanıb. Bu əzanın keyfiyyəti hər məmləkətdə orada yaşayan millətlərin adət ən-ənələri ilə məcun olduğundan müxtəlif şivələrdə əncam verilir. Bu əza məclisində nə qədər ki, şəriətə zidd bir əməl yoxdursa belə əzaların heç bir eybi yoxdur. İmam Hüseynin (ə) şəhadətindən sonra məsum imamların qurduqları əza məclisləri haqqında çoxlu sayda rəvayətlər nəql olunub. Həmin rəvayətlərdən yalnız birini nəql edirik. Rəsulullahdan nəql olunmuş “Səqəleyn” hədisinə görə məsum imamların bütün əməlləri höccət olduğundan möminlər onları sözsüz qəbul edirlər. 1. İmam Zeynulabidin özü Kərbəla faciəsinin canlı şahidi olub həmin vaxt onun 23 yaşı var idi. Kərbəlada baş verən musibətdən sonra 34 il yaşadı. Bu müddət ərzində atası Hüseynə (ə) əza saxlayıb ağlayardı.(Biharul-ənvar. 46/108-109) Imam Zeynulabidin atası İmam Hüseynə ən çətin şəraitdə əza saxlamaqla zülm və sitəmə qarşı mübarizə aparmış xilafətin törətdiyi cinayətləri ifşa etmişdir. Usuliddin (müsəlmanın etiqadları) 1- Tovhid (Allah birdir, şəriki yoxdur) 2- Ədalət (Allah adildir və bəndələrinə zülmü rəva görməz) 3- Nübuvvət (əvvəli Adəm (ə) və axırıncı Məhəmməd (s) olmaqla Allah 124000 peyğəmbəri insanları haqq yoluna hidayət etmək üçün göndəribdir) 4- İmamət (Əli (ə) 11 övladı ilə haqq yoluna hidayət edən imamlardır. Allah onları peyğəmbər vasitəsilə İlahi xəlifə təyin edib). 5- Məad (bütün insanlar bu dünya həyatından sonra Qiyamətin günündə etdiyi əməllərinə görə hesab meydanına gətiriləcəklər) Firuiddin (müsəlmanın əməlləri) 1- Namaz -hər bir müsəlmana gündə 5vaxt namaz qılmaq vacibdir. 2- Oruc -Allahın əmrilə Ramazan ayında oruc tutmaq vacibdir. 3- Həcc -maddi imkanı olan müsəlmana ömründə bir dəfə Həcc vacibdir. 4- Xums -illik qazancından 1/5 –ni Allah yolunda vermək vacibdir. 5- Zəkat -9 növ mal şəri həddə çatdıqda onun dini vergisini vermək vacibdir. 6- Cihad -peyğəmbər və məsum imamın əmri ilə cihad etmək vacibdir. 7- Əmr be məruf -insanları yaxşı əməllərə etməyə dəvət. 8- Nəhy əz Münkər -insanları pis əməllərdən çəkindirmək. 9- Təvəlla -Allahın dostları ilə dost olmaq. 10- Təbərra -Allahın düşmənləri ilə düşmən olmaq. Redaktor Nəcəf Ziyaret.az


more post like this